Boşanmaların sayı niyə artır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 569
Bölmə: Psixologiya / Evlilik
Səs ver:
(səs: 3)
"İlkin tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar, amma...”
Azərbaycanda dağılan ailələrin sayı günü-gündən artır. Statistik göstəricilər də boşanma hallarının artdığını təsdiq edir. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov problemin səbəbləri və psixoloji aspektləri haqqında danışdı.

Mən onu belə tanımırıdım...
Ailələrin adaptasiya prosesini keçə bilmədikləri üçün boşanmağa qərar verdiklərini bildirən psixoloq digər səbəblərdən də danışdı. Onun sözlərinə görə, əsas səbələrdən biri tərəflərin bir-birini yetəri qədər tanımaması və ya tanıtmaq istəməməsi ilə bağlıdır:

"Tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar. Bir-biri ilə tam səmimi ola bilmirlər və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Sonra da deyirlər ki, mən onu belə tanımırdım, mən onun bu xüsusiyyətlərini bilmirdim, mən bilmirdim onun ailəsində bu kimi problemlər var və s. Halbuki bunları zamanında çox rahat həll etmək olardı”.

Qaynana-gəlin problemi
Psixoloq boşanma hallarına ailələrin müdaxilələrinin də böyük təsir göstərdiyini qeyd etdi. Klassik bir problem olsa da, qaynana-gəlin münasibəti burada çox önəmlidir. İstər qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də boşanmalara gətirib çıxarır. Bəzən səbəbsiz qısqanclıqlar da buna səbəb olur.

Boşanma hallarının azalması və qarşısının alınması məsələsinə gəldikdə isə E.Rüstəmov psixoloqa müraciət etməyi məsləhət görür. Onun fikrincə bu məsələyə peşəkarların cəlb olunması çox yaxşı nəticələr verə bilər. Çünki bəzən boşanan tərəflər zaman keçdikcə təəssüf hissi keçirir və qərar verərkən tələsdiyini düşünür. Lakin iş-işdən keçmiş olur.

Bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar
Ailə qurmamışdan öncə tibbi müayinədən keçmək məsələsindən də danışan E. Rüstəmov bura psixoloji müayinənin də daxil edilməsinin çox yaxşı ola biləcəyini bildirir: "Tərəflər öncədən bir-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar”.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri