Müsbət düşün və stresə qalib gəl

Müəllif: KRALİCEM
Şərhlər: 7
Baxılıb: 4 230
Səs ver:
(səs: 1)
Günümüzdə minlərlə fərqli stress qaynaqları ətrafımızı sarmaşıq kimi sarmış vəziyyətdədir. Bütün bunlarla mübarizə aparmağın yolu müsbət düşünmək və yaxşı olmaqdan keçir. "İnsan ancaq müəyyən şərtlər yaradaraq və əvvəl özünü tanıyaraq müsbət düşünməyi və bunu vərdiş halına gətirməyi bacarmalıdır” deyən fiziki müalicə və reabilitasiya professoru Doktor Mehmet Portakal bunun üçün nə etmək lazım olduğunu sıralayıb.

1. Özünüzə vaxt ayırın
Həyatınızın çox hissəsini insanların çox olduğu yerlərdə keçirirsiniz. Ondansa daha sağlam yaşaya bilmək üçün arada fasilə vermək və özümüzlə baş-başa qalmaq özümüzü daha yaxşı hiss etməyimiz üçün olduqca faydalıdır. Özünüzə vaxt ayıraraq pozitiv düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz.

2. Ürəyinizin və beyninizin səsini dinləyin
Həyatımızın hər sahəsində başqalarıyla birlikdə olmaq məcburiyyətində qalırıq. Buna görə də içində olduğumuz vəziyyət elə bir vəziyyətdir ki, bu  zaman ən cüzi mənfilik belə bizə güclü təsir etməyə başlayır. Digər insanların bizim nə düşündüyümüzlə və nə etdiyimizlə yaxından maraqlandıqları fikri mənfi düşüncələrin çox tez ortaya çıxmasına yol aça bilər. Özümüzə olan inamı artırmaq və ətrafımızdakı insanların üstümüzdə yaratdığı təzyiqdən xilas olmaq üçün atılan hər addım pozitiv düşünmək üçün bizə kömək edəcək. Hadisələrin və ya insanların sizin vaxtınızı almasına imkan verməyin.

3. Həyatdan zövq alın

Həyatın zövq verən yaradıcı və xoş istiqamətlərinə diqqətinizi verin, özünüzə güvənin. Ətrafınızda müsbət, yaxşı insanları saxlayın.

4. Sağlamlığınız üçün idman edin
Sağlam qidalanmaq və idman etmək insanın fiziki olaraq özüylə maraqlanması və zehni qabiliyyətlərini öz idarəsi altında daha müsbət bir səviyyəyə çatdırması üçün önəmlidir. Özünüzü fiziki olaraq rahat hiss etsəniz, düşüncələrinizin də müsbət olması və daha müsbət bir baxış tərzinə sahib olmağınız asanlaşar.

5. Keçmişi keçmişdə saxlayın
Həyat hər gün yenidən başlayır. Dünya hər səhər yenidən qurulur. Pis xatirələr mənfi hisslərin meydana çıxmasına səbəb olur. Keçmişdə baş verən pis hadisələri daim xatırlayaraq mənfi hisslər üzərində köklənər və dolayısı ilə də zehni olaraq həmin günlərdə ilişib qalarıq.  Biz demirik ki, onları unudun. Sadəcə olaraq, onların xatirənizdə tutduğu mənfi yeri azaltmağa çalışın və bu tip hadisələrə çox önəm verməməyə çalışın. Keçmişin önəmini azaldaraq onun düşüncələrinizə olan mənfi təsirini də azalda və ya tamamilə dayandıra bilərsiniz. Keçmişi elə keçmişdə saxlayaraq gələcəyə doğru irəliləmək çox gözəl addımdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri