Bizi özündən qoru Ata

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3793
Səs ver:
(səs: 3)
Bir uşağın başına gələcək, uşaqlığını əlindən alacaq və sonrakı inkişafı, həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır.

Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq, ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun gözlərində. Ata bir dağ idi, güvən dağı… Ən kiçik narahatlıqlarda qaçıb qollarına sığındığı idi… Ən yaxşı oyun yoldaşı idi. Qollarında göylərə qaldırıb, səmalarda uçuran idi… Ata yaxşı idi… O atanı sevirdi, Ata böyük idi…

Bir gün o qollar yenə qalxdı. Sandı ki, yenə uçuş vaxtıdır, gözləri sevincdən böyüdü. Diksindi… O qalxmış qollar yumruq olaraq endikdə ananın üzərinə… O anda bitdi… Nə olduğunu anlamadı… Böyümüş gözlərindəki sevinci, qorxu təəccüb aldı… bu nə demək idi axı… düşünməyə başladı…

Ana ağlayırdı…
Pis idiki atanın etdiyi?

Ana niyə ağlayırdı?
Axı Ata pis şey etməz!…

Ananın rəngi dəyişib elə bil. Əsasən də gözünün aşağı hissəsində… Aa bəlkə ata da mənim boyama kitabımda qızları boyadığım kimi etmək istəyib… Oynamaq istəyib ana ilə bəlkə… Amma axı mən boya qələmləri ilə boyayırdım… Həm də ki, Ana mənə deyib ki, boyama kitabından başqa yeri boyamaq olmaz… Bəs elə isə… Ata niyə belə elədi ki?!.. O, istəsə mən ona verərdim boyama kitablarımı… Vallah verərdim… Ana da hirslənib ağlamazdı! Ata bilməyib yəqin…

ATA SƏHV EDIB…
Mən səhv edəndə o həmişə məni bağışlayırdı. Anaya deməliyəm… Qaçıb anasına sarıldı… Ana ağlama, ata birdə belə etməz…Bağışla onu…

Ana bağışlamış kimi göründü… Oh, hər şey düzəlir deyəsən…

Amma Ata birdə etdi… Nədənsə son vaxtlar ana ilə oynamağı çox sevir… Amma bu mənim xoşuma gəlmir, nədə ananın. Bugun yenə ananın üzünü boyadı. Bu dəfə daha da çox. Mən birdə boyamayacağam artıq, bəlkə ata da vaz keçər. Heç bir oyunu sevmirəm artıq. Qərar verdim, Artıq bugündən OYUN OYNAMAYACAĞAM!!!

Ata evdə yox idi. Ana ağlayırdı yenə, paltarları da cırılmışdı biraz. Üzü yenə boyalı idi, ağzının kənarında qırmızı nəsə vardı. Ata hara getmişdi bəs? Mən həyətə gedəndə axı evdə idi?! Mən getdim deyə hirslənib anaya yəqin… Kaş getməzdim… Qərar verdim, BUNDAN SONRA ANANIN YANINDAN GETMƏYƏCƏYƏM…

Mən hər gün biraz daha böyüyürəm amma atanın səhvləri heç qutarmır… Ana artıq ağlamır… Amma üzü yenə boyalı olur… Mənimlə də çox az danışır. Hərdən gecələr məni qucaqlayıb biraz ağlayır. Anam ağlasın istəmirəm…

Ata harasa gedib-gəlir bu aralar. Deyəsən həkimə…Ata qışqırmır artıq. Ananın üzü həmişə öz rəngində olur. Evdə sakitçilikdi. Ata yaxşılaşır deyəsən…

Amma məncə O yaxşı deyil artıq…

Gecə yata bilmirəm, bəlkə də ona görə…

Çünki, yuxularımda

Ana hələ ağlayır… Ata hələ qışqırır…

Ata itələyir, Ana yıxılır..

Atanın "Güclü” qolları yenə göylərə qalxır…

Ananın üzü yenə boyanır…

BÜTÜN RƏNGLƏRƏ NİFRƏT EDİRƏM ARTIQ…

Fəridə Qasımova
AMEA-nın Doktorantı, kiçik elmi işçi
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 3793
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
liza
Sitat: roksi1995
dehset.Allah hec bir qadina zoraki er usaqada ele ata qismet etmesin.olumden basqa her seye care var hecneni zorakiliqla hell etmek lazim deyil.basa dusen aqli olan dillede hell ede biler.

Seninle tam raziyam baci
9 noyabr 2014 02:29
11
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Offline
vipbetul
Allah hec bir usaqi bu cur ailede boyumeyi qmesin insallahismet et
30 sentyabr 2014 17:43
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GULTEKIN MEMMEDOVA
cox tesirlidi
25 sentyabr 2014 15:51
9
111222
Offline
aliceWOnDer
cox sag ol allahim twk edirem sene ki menim bele papam var allah onu bizim usdubuzden esgik elemesin canim menim
22 sentyabr 2014 21:02
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
KRALİCEM
Tesirlendim
22 sentyabr 2014 16:51
7
sukur verdiklerine
Offline
arzum-aysum
Offf oxuduqca cox pis oldum. Hec ne deye bilmirem. Sadece onu bilirem ki, unsanlar vehsidi
22 sentyabr 2014 14:41
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
lili)
men cox gozel usaqliq genclik yasamisam cox gozel atam var bizi basa dusen hec vaxt anamla mubahiseerini gormemisik soz sobet nedi bilmemisik xosbext ailemiz olub yenede var qarsimada cox gozel heyat yoldasi cixib bele atalari gorende nifret edirem bele usaqla r hemise heyatdan kusgun olurlar
22 sentyabr 2014 14:23
5
Offline
Melek5
ayy cox tesirlidi
22 sentyabr 2014 13:47
4
İllərlə uzatdığı saçı 1 saniyə içində kəsə bilən bir qadına "Məni unuda bilməzsən" demə...O qadın səni tarixə basdırar Cənab!
Offline
AYKA-ISI
oxudum cox duygulandim twk
22 sentyabr 2014 12:48
3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
emis
cox tesirlendim
22 sentyabr 2014 12:41
2
Offline
BARBI
Offf necede tesirlidi usagin hislerine bax sen
22 sentyabr 2014 10:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri