Meditasiya haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 618
Səs ver:
(səs: 1)
Meditasiya-latıncadan tərcümədə " meditatio"  "meditor"-düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya zehni gərəksiz  düşüncələrdən, hadisələrdən təmizləyir və insan zehnini bir fikrə cəmləyir. Bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Bu üsulun məqsədi insanın ruhunu sakitləşdirmək və gündəlik həyata bu sakitliyin yansımasından ibarətdir. Meditasiyanın təsiri insan orqanizmi ilə yanaşı onun fikrində və əqlində yaratdığı dəyişikliklərdir. Meditasiya nəticəsində insanın xarici və daxili mühitdə baş verən proseslərə qarşı pozitiv idarəetmə bacarığı yaranır.

Meditasiya necə edilir?

Insanın xüsusi duyğu analizatorları var. Eşitmə, iybilmə, dadbilmə, təmas.Meditasiyanın köməyi ilə bu duyğu orqanlarını xarici aləmdən təcrid edirik. Bütün diqqəti insanın daxilinə yönəldirik. Meditasiya üçün sakit bir yer seçilir.Yəni diqqəti kənar səslər yayındıra bilməsin. Və həzin bir musiqi səsləndirilir.O musiqi harmoniya yaradır. Ilk öncə misal üçün istirahət ideyasını beyninizdə tutursunuz. Bütün diqqət ancaq dincəlmək ideyasının üzərində köklənir. Başqa heç nə düşünmürsən. Başqa fikirlər beyninizə gəlsədə yenə də həmin dincəlmək ideyasına qayıdırsınız. Yavaş-yavaş beyində artıq bir ideya qalır, qalanlarından  beyin uzaqlaşır.

Meditasiya insana nə üçün lazımdır?

Meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olması, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniya yaratmaq üçün insana lazımdır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri