İsterik şəxsiyyət pozuntusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 223
Səs ver:
(səs: 2)
Isterik şəxsiyyət pozuntusu - Xüsusiyyətləri və əlamətləri

İsterik (İsterionik) şəxsiyyət pozuntusu olan insanlar üçün aşağıdakı əlamətlər xarakterik hesab olunur:

Görünüşlərinə əhəmiyyət verən, rəngli, ətrafdakı insanlarda yaxşı təəssürat yaratmağa, müsbət fikirlər formalaşdırmağa çalışan,diqqət mərkəzində olmağı sevən və bunun üçün çalışan, bu səbəblə də insanlarla münasibətlərində güclü, təlqinedici, təsiredici olmağa can atan, hadisələri olduğundan daha çox şişirdərək yaşayan, çox vaxt hadisələri dramatikləşdirən (dramatikləşdirmək-dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək; dramatik şəklə salmaq), insanlarla tez münasibət quran, qısa zaman ərzində dostlaşan, lakin bir o qədər də tez özlərini atılmış, tək hiss edən insanlardır. Bu cür insanlar hislərini uyğun olmayan şəkildə və qabardaraq göstərə bilərlər. Hislərində ani dəyişmələr yarana bilər. Davamlı olaraq yenilik və həyəcan axtarışında olurlar. Adi, gündəlik, normal həyat yaşadıqları zaman sıxılırlar.

İSTERİK ŞƏXSİYYƏT POZUNTUSU OLAN İNSANLARIN DÜŞÜNCƏ TƏRZİ:

• İnsanlarda maraq oyadan biriyəm. Xoşbəxt olmağım üçün insanların diqqət mərkəzində olmağa ehtiyacım var. Diqqətdən kənar qaldığım zaman özümü xoşbəxt hiss edə bilmirəm. Hər kəs mənimlə maraqlanmalıdır.

• İnsanlar məni əyləncəli biri kimi tanımalıdır. Bu zaman zəif tərəflərimin fərqinə vara bilməzlər.

• Hislərimdə və davranışlarımda hədd gözləsəm insanlar mənimlə maraqlanmaz. İnsanların məni görməməzlikdən gəlməsi qorxunc bir şeydir.

• Duyğular, hislər və emosiyalar məntiqli düşüncədən daha önəmli və əhəmiyyətlidir.
İsterik Şəxsiyyət Pozuntusu aşağıda sadalanan xüsusiyyətlərdən ən azı beşi ilə yetkinlik çağında başlayan, həddindən artıq duyğusallıq və diqqət mərkəzində ola bilmə cəhdləri ilə müşahidə olunan bir şəxsiyyət pozuntusudur:

• Diqqət mərkəzində olmadıqda özünü narahat hiss edir

• Başqaları ilə qarşılıqlı münasibəti çox zaman uyğun olmayan şəkildə, seksual davranışlarla şərtlənir

• Dəyişkən emosional sferaya malikdir

• Diqqəti öz üzərinə çəkmək üçün çox vaxt xarici görünüşündən istifadə edir.

• Danışan zaman nitqi başqalarının diqqətini çəkməyə yönəlir və detallardan məhrum olur

• Göstərişli yaşayır, süni davranır, hislərini həddindən artıq şişirdərək ifadə edir

• İnsanlarla qarşılıqlı münasibətinin normadan artıq səmimi və yaxın olmağını arzulayır

İsterik Şəxsiyyət Pozuntusu olan insanlar ümumiyyətlə insanlarla münasibət quran zaman yaşadığı bəzi problemlər və ya digər psixiatrik problemlərə görə mütəxəssis yardımı almalıdırlar. Fərdi və ya qrup psixoterapiyası və dərman müalicəsi faydalı ola bilər.
Bakı Dövlət Universiteti sosial elmlər və p II kurs tələbəsi Aytən Eminova
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 6 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri