Günümüzün bəlası: Nevroz

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 1322
Paylaş:
Səs ver:
(səs: 1)
Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.
Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.
Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri aşağıdakılardır:17
— Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.
— Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.
— Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.
Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.
Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər.
Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.
Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
— Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına "kömək” edir.
— Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.
— Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 1322
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
nevroz esasen qisqanc insanlar bu xesdeliye tutulur
9 mart 2015 22:56
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
butun elametler mende var
31 yanvar 2015 19:10
11
Offline
EsmaNur
mende var coxu
31 yanvar 2015 16:40
10
Offline
emis
kimnen sorusursan ele nevrozdu
31 yanvar 2015 15:08
9
Offline
Tomris Müslümova
atamda var nevroz cetindi ele insanla yola getmek.
31 yanvar 2015 12:55
8

Sən sadəcə mənimsən...!
Offline
Ayselina
Coxu mende var..tez eseblesirm..herseye tez reaksiya verirem...cox sagolun
31 yanvar 2015 12:21
7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
Qlamurr
Günümüzdə insanların çoxu bu vəziyyətdədi,səbəbi də stressdi....mənim özümdə də bu hallar var..ancaq zamanla özümü ələ almağa çalışıram,çünki sakitliyi sevən insanam,sterssdən,problemdən qaçmağa çalışıram...
31 yanvar 2015 12:19
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Nevroz həm insanın özünə həmdə ətrafındakılara ziyan verir vaxtında müalicə alınmalıdır,şükür belə problemim yoxdu bəlkədə xaraktercə dinc sakitəm ona görə bilmirəm ancaq mübahisəli azca gərginlik olan vəziyyət məni sıxır istəyirəm dinclik sakitlik bir sözlə hüzur olsun yaşadıgın yerdə və belədi həqiqqətən..Allah əziyyət çəkənlərə şəfa versin.
31 yanvar 2015 10:39
5
Offline
BARBI
Men evvel eleydim en kicik bir seye hirslenirdim sonraysa ozumu ele almagi bacardim bu insanin ozunnen de asilidir
31 yanvar 2015 10:37
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
sona
Bu yaxinlarda hekime getdim mwnede nervoz diaqnozu qoydu. Yazilanlarin coxsu mende var.
31 yanvar 2015 09:58
3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Online
aziz a
Mende dehset olmusam, her seye hirslenirem, hamini acilayiram ve tezde pesman oluram........
31 yanvar 2015 09:36
2
Rebbim kömek olsun cümlemize Amin
Offline
lili)
yazilanlarin coxu mende var evden cixiram birde qayidiram baxim gorum her seyi sondurmusem yorqun oluram yatsamda duranda ele biliremki hec dincelmemisem yoxlanmaq lazimdi
31 yanvar 2015 08:24
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv