Atılmış qız sindromu...

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 1393
Paylaş:
Səs ver:
(səs: 6)
Onun səsinə, iyinə, nəfəsinə, sığalına elə öyrəşmişdin.
Düşünürdün ki, onun üçün çox vacibsən və heç vaxt ayrılmayacaqsız. Amma bir gün səbəbini demədən belə, səni atdı. Bu halla qızların çoxu rastlaşır. Onlar atılmış qız sindromunu yaşayırlar. Bəziləri ürəyini, bəziləri isə özünü öldürür.

Oğlan qızı niyə atır?
Psixiatr Elşən Mustafayev bildirir ki, bütün insanlar ayrılanda səbəb axtarır. "Yaxşı olar ki, oğlan qızı atanda səbəbini ona aydınlaşdırsın. Əks halda qız ayrılığı çox pis keçirir. Sevən insan ömür boyu nigaran qalır və içində rahatlıq tapa bilmir”, – deyə psixiatr hissləri ilə bölüşür: "Bəzən filmlərdə oğlanın xəstə olduğu üçün qızdan ayrıldığını və bunun səbəbini ona demədiyini görürük. Həyatda da belə şeylər olur. Oğlan, sadəcə, qıza ayrılıqlarının əsl səbəbini deyə bilmir. Düzdür, cəsarətsizliyə görə də səbəbi deməyənlər olur. Elə də olur ki, oğlan, sadəcə, qıza önəm vermir. Tanışlığı əyləncə xarakteri daşıyır. Bunun üçün də özünə əziyyət vermir”.

Ayrılıq kim üçün daha çətindir?
Mustafayevin sözlərinə görə, qadın var ki, ayrılığı, doğurdan da, pis keçirir: "Depressiyaya düşür, dəlilik dərəcəsinə çatır. Özünə intihar edənlər də olur. Qadın da var ki, onun üçün bu, adi gəlir. Əgər ailəli qadının ailə daxilində həyatı yaxşı keçməyibsə, onun üçün həyat yoldaşından ayrılmaq azadlığa çıxmaq kimi bir şeydir. Əgər o, sərbəstliyə öyrəşibsə, bu, onun üçün çətin olmayacaq”.

Ümumiyyətlə, normal ailədə böyüyən ədəbli, əxlaqlı qız hansısa münasibət qurduqdan sonra ayrılanda dərd çəkir. Ona görə ki, oğlanla görüşəndə, artıq müəyyən arzularla, xəyallarla yaşayır. Təsəvvür edin, arzuları puç olanda insan özünü necə hiss edər? Sevdiyi insan bir müddət onunla sevgi macərası yaşayandan sonra "Sən mənə daha lazım deyilsən?” deyir. Və ya başqa bəhanə ilə onunla ayrılırsa, qız buna çox çətinliklə dözür. Günlərlə ağlaya, özünə qapana bilər. Elə qızlar olur ki, atıldıqdan sonra heç bir oğlana inana bilmirlər. Gələcəkdə kimləsə münasibət yaşayanda problemlər yaşayırlar. Həqiqi sevgiyə belə inamsız yanaşır, nə vaxtsa yenə atıla biləcəyindən qorxurlar.

Sevgilindən bir xəbər gözləyəndə…
Əgər səbəbsiz ayrılıblarsa, qız mütləq səbəbi araşdırmalıdır. Bütün cəhdlərə baxmayaraq, səbəb deyilmirsə, deməli, qarşı tərəf münasibəti bu şəkildə qurtarmağa çalışır. Bununla barışmaq və hər şeyi sıfırdan başlamaq lazımdır. Psixiatr qeyd edib ki, bəzən tərəflər küsür və barışmaq üçün birinci addım atmağa cəhd etmirlər. Onlar bir-birini gözləyirlər. Bu cür cütlüklərin gələcəyinin xoşbəxt olmasına ümid var.

Acı təcrübə
Mütəxəssisin dediyinə görə, bir sevgini unutmaq üçün başqa sevgi axtarmaq çox vaxt şəxsin yanlış hərəkətlər etməsinə gətirib çıxarır: "Atılandan sonra psixoloji travma alan qız qisas almaq və ya sadəcə, unutmaq üçün şəxsi həyatında səhvlərə yol verir. Bəzi hallarda üzüntüdən xilas olmaq üçün başqasıyla münasibət quran qız ondan dəstək gördüyü üçün onunla ailə həyatı qurmağa razılaşır. Sonradan isə seçiminin düzgün olmadığından sıxılır. Bu dəfə artıq qız ya özü oğlanı atır, ya da həyatı ilə barışır”.

Psixiatr məsləhət görür ki, atıldığını unutmaq üçün problemi gözündə kiçiltmək, onu adiləşdirmək lazımdır: "Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır. Yeni ciddi münasibət də qura bilər. Ola bilsin ki, bu dəfə daha güclü sevsin və ona sonsuz kədər yaşadan insanı, nəhayət ki, unutsun. Sevdiyi işi, təhsili, səyahətə çıxmağı da ona unutmağa kömək edə bilər”.

Necə sığortalanmaq olar?
Bir xanım bir kişi ilə münasibətə başlayanda qarşıdakı insanın kim olduğunu, onun ailəsinin, dostlarının necə adam olduğunu araşdırmalıdır. Eləcə də, oğlanın münasibətə ciddi yanaşmasını qıza göstərdiyi hörmətə, diqqətə, dəvət etdiyi yerlərə görə bilmək olar. Düzdür, insanlar fərqlidir. Oğlan var ki, çayxanaya dəvət etdiyi qızla evlənir, oğlan da var ki, atır. Ona görə, dəqiq demək çətindir. Yaxşı olar ki, qadın kişini tam, heç olmasa 50 faiz tanıyana qədər yaxına buraxmasın. Ümumiyyətlə, atılmış qızların buraxdığı ən böyük səhv oğlanı tez yaxınına baraxmasıdır.

Bəzi əlamətlərinə görə də, oğlanın qıza ciddi yanaşmadığını başa düşmək olar. Ciddi fikri olan oğlan bayramlarda xanımına diqqət göstərir, tez-tez zəng edir, ona qayğı göstərir və s. Amma elə iş adamları olur ki, onların fikri ciddi olsa da, vaxt qıtlığına görə az zəng vurur və görüşür.

Əgər artıq münasibət qurmusuz və sonda atılmış qız sindromunun qurbanı olmaq istəmirsizsə, elə edin ki, oğlan sizdən bezməsin. 2 dəqiqədən bir zəng vurmaq, qısqanmaq oğlanı bezdirə bilər. Qızların oğlanlara qarşı sərt qadağalar qoyması da düzgün deyil. Məsələn, elə cütlüklər var ki, qız oğlana Facebook-a girməyə qadağa qoyur, başqa qızlarla ünsiyyət qurmağa icazə vermir. Yaxşı olar ki, xanım bir qədər laqeyd münasibət göstərsin. Belə ki, qadağalar kişini daha da maraqlandırır.

loading...
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 1393
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aytil
cox pisdir bu sindrom
14 aprel 2015 21:53
10
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
vipbetul
atilmis filan ozunu hiss etmek ozunu alcaltaq olar
11 aprel 2015 19:43
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nur k-off
Axi her zaman Qadinlar daha agilli olur yeni fikirlewmek lazimdir ki sonra bawi agrıyan qadin olmasin. Her zaman qadina qiza tez leke vururlar oglanlara ise o oglandir deyib kecirler yeni 100 olcub 1 bicmek lazimdir. Oglanlara gore esla aglamaga deymez qızlar kosmetkamiz heyıfdir
11 aprel 2015 14:22
8
SVETA
Offline
aliceWOnDer
İşlədilib və kanara atılmaq nəyin ki psixologiyaya hərşeyə tesir edir ki, buda arzu olmnmazdı
11 aprel 2015 12:06
7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Atilmaq cox pis hisdir yasamayan bilmez bele insanlar mutleq psixoloqa muraciet etmelidir ve mualice olunmalidir
11 aprel 2015 10:49
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Bu cür vəziyyətlərdə yaxşı olar ki, psixoloq köməyi alsınlar , çünki göründüyü kimi hər şeyi çox gözəl izah edib. Bu vəziyyətdə qızları qınamaq istəməzdim həyatdı hər şey olur, ama dünyanın sonu deyil və həyatı qaldığın yerdən yaşamaq lazımdır.
11 aprel 2015 10:42
5
Offline
Luna-90
Bele bir sey yasamamisam atmaga qaldiqda men atmisam .
11 aprel 2015 09:42
4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
lelos
Allah hec kime qismet etmesin
11 aprel 2015 09:26
3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aziz a
"Atilmaq" bu soz ozu ozluyunde cox derin sozdu, adini cekende bele adamin butun agri acisi dillenir sanki...
11 aprel 2015 09:02
2
Rebbim kömek olsun cümlemize Amin
Offline
Nezka
Allah heç birr qızımızq göstməsin çox çətin unjdulur bunun ağrısı
11 aprel 2015 08:11
1
İçimi görsən mənə aptek alarsan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv