Özünü tərbiyə edə bilən insan....

Müəllif: Qlamurr
Şərhlər: 5
Baxılıb: 4 649
Səs ver:
(səs: 2)
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.
 
Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, o gün yalan danışmayacaqsınız, ya da nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə, əslində özünüzü çox böyük bir tərbiyə prosesindən keçirmiş olursunuz. Sizin iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdişə çevirirsiniz, mənən yüksəlirsiniz. Nə vaxtsa yaşadığınız bir hadisəni gözünüzün qarşısına gətirin: biri sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni deyir, bəlkə, təhqir də edir. Ancaq siz haqlısınız və haqlı olduğunuz halda ona eyni tərzdə cavab vermirsiniz, dilinizə pis söz gətirmirsiniz, sadəcə olaraq, onun həqiqəti bilmədiyini, sizin bu məsələdə hər hansı bir təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın, az da olsa, vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcəkdir. Ancaq siz o vaxt onun ittihamlarına eyni tərzdə, eyni ifadələrlə cavab versəniz, o anda rahat olsanız belə, vaxt keçdikcə onunla "baş-başa gəldiyiniz”, ağır sözlər dediyiniz üçün vicdan əzabı çəkəcəksiniz...
 
Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən insan artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçmiş olur. Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir. Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər...
 
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də...
 
"Zaman Azərbaycan"
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri