Dentofobiya

Müəllif: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 727
Paylaş:
Səs ver:
(səs: 0)
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim-psixiatr Orxan Fərəclinin dentofobiya haqqında məqaləsini təqdim edir. Stomatoloqa getməkdən qorxanlar bu yazını mütləq oxusunlar!
 
"Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.
 
- Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
- Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
- Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
- İynədən qorxursunuzmu?
- "Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
- Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
- Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?
 
Diş həkimindən niyə qorxuruq? Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır. Bu qorxunun öhdəsindən necə gələ bilərik? Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq: 1. Pasiyentə tam güvən hiss aşılanmalı 2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır. 3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır. 4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin. 5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür. 6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar. Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr: - Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin - Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər - Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin - Həkiminizə qorxunuz barədə məlumat verin - Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 727
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Açıqcası heç vaxt stomotoloqa yolum düşməyib. Ona görə də heç elə bir fobiyam da yoxdur.

...666...
30 iyul 2015 12:06
6
Viking
Offline
vipbetul
ele bir fobiyam yoxdu

ele bir fobiyam yoxdu
26 iyul 2015 16:10
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Bu cür fobiyalarım yoxdur, olmayıbda . Bir şey ki, sağlamlığa xeyirldir nə qədər ağrı versədə dözmək olar))
26 iyul 2015 15:37
4
Offline
Mrs.A
Dişim agrıyanda gedirəm həkimə,çəkilməlidirsə çəkir,mualicəlikdirsə mualicə edir.Özüm deyirəmki iynə vur sonra ne edirsen et.Amma her defe iyne vurmur( keyidici vurur bezen.Əvvəllər qorxurdum indi qorxmuram)
26 iyul 2015 14:43
3
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
WiRiN BaLaM
iynədən məndə çox qorxuram....ama keyləşdirici iynə o qədərdə incitmir qorxmağa dəyməz
26 iyul 2015 14:22
2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
BARBI
Teesufki men de var bu qorxu. Hal hazirda minimuma endirmisem calisdiqca daha az qorxuram
26 iyul 2015 07:55
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv