Onlar bakirə qızlara meyl edir

Müəllif: Qlamurr
Şərhlər: 3
Baxılıb: 2 594
Səs ver:
(səs: 2)
Partenofiliya
Bu termin kifayət qədər yeni tətbiq edilir. Virgin kitabının müəllifi yazır ki, "bizdə bu hal o qədər normal, məqbul, ideoloji cəhətdən düzgün sayılır ki, insanlar göstərilən meylliyi pozuntu kimi qəbul etmirlər”.

Bəzi mütəxəssislər bu termini yeniyetməlik dövründə olan qızlara meyl kimi təsvir edir. Beləcə, onlar bu halı nimfofiliyadan fərqləndirirlər. (Məsələn, Frank Van Reenin "Pedofiliya-ziddiyətli sual” kitabında). Geniş yayılmış papulistik və bulvar ədəbiyyatında bu terminin hər iki anlamını qarışdırırlar. Məsələn: Zbiqnev Lev-Staroviç partenofiliyanı (bakirələrə qarşı seksual meyl) pedofiliyanın bir növü kimi qeyd edir.

Bu hal ən çox kişilərdə rast gəlinir. Hesab edilir ki, bu halın əsasında kişilərin seksual təcrübəsi olmuş qadınlara öz seksual qabiliyyətlərini bəyəndirməmək qorxusu, partnyorun təcrübəsizliyindən həzz alma və partnyor üçün bir növ müəllim rolunda olma istəyi olur. Bəzi yaşlı şəxslərdə partenofiliya cinsi zəifliyin meydana gəlməsi ilə yarana bilər. Cavanlarda isə psixoseksual inkişafın gecikməsi və cinsi münasibətlərin yeniyetmə yaşına uyğun qalması ola bilər.

Partenofiliyaya meylli insanlar bir çox halda iş yeri olaraq gənc qızlardan ibarət kollektivləri seçirlər. Onlar öz cinsi tələbatlarını ödəmək üçün rahat obyektlər tapırlar. Əsasən məşqçi, müəllim, tərbiyəçi və incəsənətin hər hansı sahəsi üzrə bədii rəhbər vəzifələrini seçirlər. Beləcə, onlar nişanladıqları obyekt üçün dərs vaxtından əlavə dərslər keçməyə, ona daha çox diqqət ayırmağa başlayırlar. Bu da yeniyetmə şəxsiyyətində ona qarşı xüsusi məhəbbət yaradır. "Tərbiyəvi nəsihətlər” fikri altında qızla cinsi əlaqə barədə geniş söhbətlər aparır, pornoqrafiya, erotika ilə bağlı ədəbiyyat və filmlərlə təchiz edirlər. Bir çox hallarda bu məzmunlu ədəbiyyat və ya filmdən qurbanı daha rahat addım atmağa cəsarətləndirmək üçün istifadə edilir.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti Denis Rzayev
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri