Aromaterapiya haqqında

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 4 447
Səs ver:
(səs: 3)
Aromaterapiya , sağaldıcı və qoruyucu həkimlik üsuludur. Aromaterapiya bədəndə yaranan əqli və fiziki balanssızlıqları aradan qaldıraraq insan sağlamlığını qoruyur.
Aromaterapiya, bitki mənşəli ətirli yağların müalicə məqsədi üçün istifadə edilməsidir. Aromaterapiya çox qədimə söykənən bir müalicə üsuludur. Köklərini Hindistan və Çin sivilizasiyalarında görə bilərik. Misirlilər isə efir yağlarını mumyalamada və ayinlərdə istifadə etmişlər. Bitki mənşəli yağlar, aromatik qoxuları, aktiv və kimyəvi quruluşu çox zəngin olan yağlardır. Bitki mənşəli yağlar əldə edildikləri bitki qruplarına bağlı olaraq antiseptik, antiviral təsirlərə malikdir. Bu yağların sakitləşdirici və ayıldıcı, ağrı aradan qaldırıcı və ya əzələ boşaldıcı, zəhər atıcı, nəfəs açıcı, sinir sistemini tarazlayıcı, depressiya və yuxusuzluğu aradan qaldırıcı, yaddaşı gücləndirici, hüceyrə yeniləyici kimi təsirləri olur. Eyni zamanda xüsusi narahatlıq və balanssızlıqları aradan qaldırmada müalicə edici və tamamlayıcı təsiri var.

Bitki mənşəli yağlar problemli bölgələrə çataraq bir bütün olaraq təsir edir. Yağın tərkibi bitkilərin hormonu sayılır və bizim bədənimizdəki hormonlarla bərabər səviyyədə bir vəzifə boynuna götürür. Aromaterapiya yağları, əldə edildikləri bitkilərin quruluşuna görə insan bədənində qabaqlayıcı təsir yaradar. Aromaterapiya tibbi bir müalicə deyil və hər xəstəliyin müalicəsi üçün istifadə edilə bilməz. Aromaterapiya dəstəkləyici təsir edir və bədənin tarazlığına qovuşması üçün çalışır. Məsələn aromaterapiya ilə bir qaraciyər xəstəliyini müalicə edə bilməzsiniz, ancaq aromatik müalicə bədənin bütününə yönələcəyini müəyyən yağları istifadə edərək, bütün bədən üçün olduğu kimi qaraciyər üçün də müsbət nəticələr əldə edə bilərsiniz. Tibbi müdaxiləni tələb etməyən bir sıra problemləri aradan qaldırmaq və ya tamamlayıcı təsir yaratmaq üçün çox yönlü yaxşılaşdırıcı təsirləri vardır. Həm də bu yağların gözəl qoxuları var, bu da insana çox gözəl əhval ruhiyyə bəxş edir.
Hansı hallarla üzləşəndə aromaterapiyadan istifadə edirik.

Stress
Narahatlıq
Gərginlik
Baş ağrısı / migren
Oynaq iltihablanmaları, revmatizm
Dəri şikayətləri, dəri problemləri
Menstruasiya problemləri
Menopauza ilə əlaqədar problemlər
Tənəffüs problemləri
Qulaq, burun, boğaz problemləri
Sellülit və çəki probləmləri
Həzm problemləri
Idman yaralanmaları, əzələ və oynaq narahatlıqları
Bel və kürək ağrısı
Psixoloji problemlər
Enerji azlığı, halsızlıq
Həddindən artıq gərginlik, yuxu problemləri
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri