Bahar yorğunluğundan necə qurtulmalı?

Müəllif: aliceWOnDer
Şərhlər: 11
Baxılıb: 1183
Paylaş:
Səs ver:
(səs: 3)
Hər mövsümün özünəxas xəstəlikləri var. Qışda yuxarı tənəffüs yolu xəstəlikləri, yayda isə bağırsaq infeksiyalarına çox rastlanır.

Bahar isə havaların isinməsi, təbiətin oyanması ilə insanların özünü yaxşı hiss etdiyi mövsümdür. Bundan başqa yazda insanlarda halsızlıq, yorğunluq və istəksizlik görülür.
"Bahar yorğunluğu” xalq arasında sıx istifadə edilən termin olaraq iqlim dəyişkənliyinin bədəndə yaratdığı yorğunluq hissi kimi tanınır. Yorğunluqla yanaşı yuxu pozğunluğu, iştahasızlıq, əzələ tutulmaları, oynaq ağrıları, qadınlarda menstruasiya pozğunluğu kimi əlamətlərin biruzə verdiyi bir haldır.

Halsızlıq səbəblərinin başında metereoloji amillər durur. Mövsüm keçidləri ilk əvvəl hormonal sisteminizə təsir edir. Bədənin yeni ətraf dəyişikliklərə ayaqlaşması və hormonal balansın təşkili vaxt alır. Qış aylarında hərəkətsiz həyat sürüldüyündən və artıq çəki alındığından yazda hərəkətli yaşamla ayaqlaşmaq çətin olur. Ani istilik dəyişikliyi də adaptasiya sistemimizi çətinləşdirir.

Stress və bahar...

Bu mövsümdə xüsusən gərgin çalışan, stressi yüksək olan və depressiyaya meylli insanlarda yorğunluq görülə bilir.
Əslində bahar yorğunluğu daha çox şəhərlərdə, ətraf mühiti çirkli ərzailərdə yaşayan, nizamsız stressli həyatı olan, pis qidalanan insanlarda sıx görülür.
Bu mövsümdə tiroid xəstəlikləri, ciddi depresiyya, xroniki xəstəliklər, pis mənşəli xəstəliklər nəzərə alınmalıdır.

Hər zaman sağlam qidalanmaya əhəmiyyət verməlisiz. Bir çoxlarının qış aylarında bol kaloriyə üstünlük verib tərəvəz və meyvəni az yeməsi yazda öz fəsadlarını göstərir.

Tərəvəz, meyvə artırılmalı, yağ miqdarı aşağı salınmalıdır. Qatqı maddələri çox olan ağır kalorili, duz və yağla zəngin, tort, keks çips, çərəz kimi qidalardan uzaq durmaq lazımdır. Yüksək qlükoza tərkibli bəzi içkilərdən də uzaq olun. Hər gün 2 litr su içməyi unutmayın. Süd və süd məhsulları da içilə bilər.

İş həyatının qış aylarında daha ağır olması, stressin yığılması mövsüm dəyişikliyində depressiyaya meyli artırır. Stressi azaldan idman, məşğuliyyət və açıq havada çox vaxt keçirmək məsləhətdir. Günəş işıqlarının ruhumuza müsbət faydalarını unutmamaq lazımdır.

Hər şeyin başı yuxudur

Vərdiş etdiyiniz yuxu normasını dəyişdirməyin. Az yatmaq qədər çox yatmaq da özünüzü pis hiss etmənizə səbəb olar. Həmişə eyni vaxtda yatağa gedib eyni saatda oyanmağa çalışın.

Allergiya, ürək-damar, astma, şəkər problemi olanlar bu mövsümdə müayinələrini mütləq etdirməlidir.

Dəstəkləyici vitamin dərmanlarının istifadəsini həkimlə məsləhətləşin.

loading...
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 1183
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cimbom Nilay
Yoruldum eee 15
3 iyun 2015 19:34
11
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Offline
aliceWOnDer
men cox yoruluram gunun qabaginda o hazirliga get bu hazirliga get offfff
11 may 2015 22:57
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
yasemin
Bahar yorğunluğu hə məndədə olur həmdə yaz alergiyası deyirlere mende ondanda olur… ama yayı sevirem.. Soyuğu elede sevmirəm çünki qalın geyinməkdən heç xoşum gəlmir
10 may 2015 01:15
9
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
vipbetul
havadan aslidi hava isdi olduqda yorulursan
9 may 2015 16:09
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
mendede yorqunluq olurdu
9 may 2015 15:09
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
tek umidim sen
Cox sevirem bu fesli... Mene xos ehval ruhiyye verir. Hec de yorgunlug vermir...
9 may 2015 12:26
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
BARBI
Offf baharda cox yorgun oluram . Seher oyananda yorgun ve ezgin oluram
9 may 2015 11:51
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
payiz fesli mene pis tesir edire baharda eksine yorgun yox deli oluram deli
9 may 2015 11:18
4
Sən sadəcə mənimsən...!
Offline
Fialka
Bahar yorğunluğu keçirməmişəm, ancaq faydalı məsləhətlərdi, təşəkkür.
9 may 2015 11:01
3
Offline
emis
Mende bahar yorğunluğu çoxda olmur ozumu yaxşı hiss eliyirəm baş ağrısı olut oda normaldı hamıda olur havadan asılıdı, keçib gedir . Bu vaxt belle ağrılardan çox adama əziyyət çəkir. Təşəkkür.
9 may 2015 10:14
2
Offline
Nur k-off
Mende bu bahar her yerim qarişdi bir-birine
9 may 2015 08:12
1
SVETA

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv