Qoxuların əhval-ruhiyyəmizə təsiri

Müəllif: aliceWOnDer
Şərhlər: 4
Baxılıb: 3 074
Səs ver:
(səs: 1)
Qoxular bizim əhval-ruhiyyəyə necə təsir edir?  
 
Bahar - fəslində təbiət canlanır, hava isə müxtəlif qoxularla dolur. Bəs, həmin qoxular kimi bizim əhval-ruhiyyəyə necə təsir edir?
 
Düzgün ətir
- insanın iş qabiliyyətini artırmağa, həm də dərhal əhval-ruhiyyəsini qaldırmağa, xoş xatirələr oyatmağa qadirdir. Bəs, özümüzü hansı qoxularla əhatə edə bilərik?

Sitrus
Portağal, limon, qreyfrutun qoxusunun orqanizmi canlandıran effekti var. Bundan başqa, sitrus qoxusu əsəbləri sakitləşdirir, dincəlməyə kömək edir, insanda xoşbəxtlik hissi yaradır.
 
Lavanda
Lavandanın qoxusu  evdən güvəni qaçırdır, həm də insan üçün xoş təsir göstərir. Lavanda stressi çıxarır, həmçinin, narahatlıqdan və depressiyadan insanı xilas edir.
 
Reyhan
Təzə reyhanın yüngül qoxusu insana həmişə müsbət təsir edir, təfəkkür prosesini stimullaşdırır və cəmləşdirməyə kömək edir.
 
Xiyar
Xiyarın ətri bahar təravəti ilə assosiasiya olunur və emosional sistemdə ani  yüksəliş yaradır.
 
Rozmarin
Rozmarin güclü emosiya oyadır, həvəsləndirir, hissiyyat və qavrama qabiliyyətini yüksəldir, inamsızlıqdan xilas olmağa kömək edir.

Nanə
Nanə qoxusu əhval-ruhiyyəni qaldırır, mənfi fikirlərdən xilas olmağa, müsbət şeylərə köklənməyə kömək edir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri