Özünüz olun! - BƏDƏN DİLİ

Müəllif: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 1259
Paylaş:
Səs ver:
(səs: 3)
Bəli hər gün şəxsi inkişafla bağlı yüzlərcə kitab işıq üzü görür.  Çoxu da digərlərindən kopyalaraq. Bu yazını bəzi kitablara söykənərək günlük davranışlarını və xasiyətini dəyişənlərə ünvanlamaq  istəyirəm.  Ünvanlamaq istədiyim kəslər  bunu oxuyanlar, dostlarımız, tanıdıqlarımız və mən də ola bilərəm.  Bir il əvvəl mən də `Dip` deyə bir kitab aldım, doğrusu öyrənməyə dəyəcək bir şeylər yox idi. Bəzi dibə bənzər grafiklərdən  bəhs edirdi. İnsan nəyə görə necə hərəkət etməlidir, problemlə qarşılaşanda nə etməlidir, qısacası həyatımıza yön verirdi. Bu yaxınlarda isə tanıdığım və keçən il seminarında olduğum bir Türk yazarın 3 ədəd ard-arda kitabını oxudum. Sizə bəhs edəcəyim kitabın adı isə `Dikkat Vücudunuz Konuşuyor!`dır. Bu yazar isə bəlkə bir çoxunuzun bildiyi Ahmet Şerif İzgörendir. Kitabda bədən dilini və incəliklərini, qarşıdakına müəyyən şeyləri çatdırmaq(mən səndən güclüyəm, səndən çəkinirəm, özümü qoruyuram, amma, savaşa hazıram və s.), əgər təlim verən birisəniz , tətbiq edəbilcəyniz bəzi ipucları  və siyasətdə istifadə olunan bədən dili və b. Amma, belə ki  bu adam kitabın başında, sonunda və yalnış xatırlamıramsa ortalarında hər dəfə vurğulayır ki, mən bunları sadəcə bilin deyə yazıram, siz hər zaman özünüz olun. Birisi sizə tətbiq etməyə çalışarsa xəbərdar olun və qarşı müdafiəyə keçin. Diqqət etdim adam heç bir kitabında bunu edin , belə edin demir. Əslində olan da budur, sadəcə özümüz olmalıyıq. Kiməsə necəsə görünmək üçün və ya mən beləyəm mesajını vermək üçün oxumaq o cümlədən özümüzü dəyişdirməyə çalışmaq və bu  yöndə inkişaf etmək zənnimcə yalnışdır. Bu inkişaf deyil, bu təqlidçilikdi və iki şeydən  əmin olun ki, insanlar sizi olduğunuz kimi qəbul etməyi , yalan pərdələr arxasına gizlənməkdən daha üstün tuturlar və nə qədər təqlid bacarığınız yüksək olsa da dünyadakı ən yaxşı təqlidçi ola bilməzsiniz. Zatən tam olaraq sizin xasiyyətinizi , davranışlarınızı köklü dəyişməyiniz  demək olar ki mümkün deyil. Ehtimal var, David Kolbun teoreminə görə sadəcə insanların %12`i  davranışlarını dəyişdirə bilir.

 Keçək kitab qisminə.. Deyə bilərsiniz ki, bəzi nöqtələri - siyasi rəhbərlərin bir birlərinin əlllərini necə sıxmalarının fərqini, qarşısındakının qapıdan ilk keçməsini  istədiklərini və əl sıxarkən digər əli ilə qarşıdakının dirsəyindən sıxmasını yorumlaya bilmirik. Əlbəttə, haqlısınız  bədən dilində bildiyimiz qədər bilmədiyimiz çox incəliklər var. Amma, fikrimcə normal günlük yaşamda  hər kəsin də bu incəlikləri bilməsi  zəruri deyil.  Ən azından hər kəs iş üçün müraciət etdiyi müəssisənin insan resursları departamentindən biriylə müsahibədə olarkən və ya müdürün otağındaykən qarşısındakının özəl bir əşyasına icazəsiz toxunduqda həmçinin alıb incələdikdə o işə əlvida deməyə qəbullanmalı yaxud müdürlə aralarındakıdakı soyuq savaşa hazır olmalıdır. Bu misalı niyə verdim deyə sora bilərsiniz,çünki bu və bu kimi şeyləri hər kəs bilir. Bizi yönləndirəcək yaxud bu kimi bilinən şeyləri əmr edəcək  hər hansı kitab olmadan da belə günlük bir davranışın səhv  həmlə olduğunu anlaya bilərik məncə. Deməyə çalışdığım bəzi yazarlar oxucularını bir insan deyil də robot olaraq görür və "önərilər"ini də ona görə yazırlar . Sanki bizlərin heç bir şeydən xəbəri yoxmuş, sanki sərbəst hərəkət etmək ayıbmış kimi yalnız orda yazılanları təkrarlamalıyıq.

Şərif bəydən əsinlənib toxunmaq istədiyim son nöqtə isə müxtəlif yazarların kitablarında bəzi hərəkətlərin bizim mədəniyyət və kültürümüzlə uyğun olmamasıdır. Başqa bir misal olaraq mənim bildiyim meydan oxuma oturuşudur:  Bədən tam rahat və bir ayaq digərinin üstünə tam açılacaq şəkildə qoyulur(normal ayaq ayaq üstünə deyil). Bu oturuşu qarşıdakına meydan oxuma, rəqabətə hazır kimi yorumlaya bilərik. Əsasən satış menecerləri istifadə edir. Misal üçün siz  bir həmkarınızın , iş yoldaşınızın  qarşısında belə otursanız, qarşınızdakı şəxs tərəfindən sözlə olmasa da, baxışlarla ağır təyziqlərə məruz qalacaqsınız. Çünki belə bir hərəkət bizdə mədəniyyətin çatmaması kimi şərh edilir . Bildiyiniz kimi bəzi şeylər bizim kültürümüzdə yoxdur, fikrimcə olmasına da ehtiyac yoxdur. Başqa bir misal , qızın biri Şərif bəyə məktub göndərib ki, siz kitabda yazmısız  qarşıdakı ayaqlarını çarpazlaşanda qarşıdakı narahatdır və ya deyəcəyi bir şey var (məhbusları sorğulayanlar da bəzən ayaqlara baxır çarpazsa hər halda anlatacaq bir şeylər vardır) kimi anlaşılır amma, bizim böglədə elə oturmaq mədəniyyətdəndir , əsasən də böyüklərin qarşısında. Buna açıqlama gətirməyə ehtiyac yoxdur hərhalda anlatmaq istədiymi siz çoxdan anladınız və əminəm hər kəs burda yazılanı bilirdi. Yenə bir yazara ehtiyac yox idi, sizi yönləndirmək yerinə vəziyyəti kənardan şərh etmək üçün əlimdən gələni etdim, özünüz olun dostlar.

loading...
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 1259
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
her zaman ozum olmusam!
kitab çox maraqlı geldi mene
ne vaxtsa oxumaq isterdim...
7 avqust 2015 16:09
14
Don't trust anyone ∆
Offline
teri meri
insan özünü kimi olmalıdı çünki birisin təqlid edirsənsə onu kimi ola bilməzsən insanın gizlətdiyi özü həmişə ortaya çıxır insan həyatını özü üçün yaşamalıdır və başqalarına görə özünü dəyişdirməməlidir
7 avqust 2015 15:15
13
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
Dosta_inam
Maraqlidir, o kitabi hacansa elde edib oxumaq lazidir, tesekkur menali yazidir.
7 avqust 2015 12:45
12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
WiRiN BaLaM
düzdür insanın hər hərəkəti özünü biruzə verir..bəzən yalnış hərəkətlər xoş görsənməyə bilər .. insan olduğu kimi görünməlidir xoş təsurat bağışlamaq üçün..
7 avqust 2015 02:05
11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Canavar sevgisi
Beden dili mene maraqli gelir. Bu haqda bir cox wey bilirem ixtisasim ile hardasa seslewir
6 avqust 2015 22:37
10
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
...AdaDunyam``
Sitat: Asya Müslümova
çoxları elə xəbərin başlığını oxuyub şərh yazıllar amma diqqətlə oxuyun oxumağa dəyər bir möczudur.
Mənə maraqlı gəldi o kitab,elə DİP də ağlım qalacaq indi onda gərə oxuyam çox maraqlı oldu oxumaq


qatiliram,o cur insanlarin sehleri de menasiz olur
6 avqust 2015 22:21
9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
xeyalperest
Eslinde duz dweyir motive kitablari esaasen insani sixir ve yazicinin istediyi standartlarda yaşamaga teşviq edir yeni
6 avqust 2015 20:22
8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Fialka
Maraqlı yazıdır sözü gedən əsər və edilən müqayisələrdə həmçinin. Bədən dilini bilmək vacibdir lakin bu o demək deyil ki, özün kimi davranmamalısan əksinə bu yerini bilmək və qarşındakı insan haqqında fikir formalaşdırmaqda yardımçıdır. Hər zaman insan necə varsa o cür olmalı kimisə dəyişdirməli və ya dəyişməməlidir əsas qəbullənə bilməyi, necə varsa qəbul etməyi bacarmaq lazımdır.
6 avqust 2015 19:23
7
Offline
vipbetul
kulturumuz davranisi oturus durusuq formasini cox gozel sekilde bilirem
6 avqust 2015 19:13
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ayka
tamamile dogrudur axira qeder oxudum xeberi Asya Müslümova-nin dediklerine de qatiliram
6 avqust 2015 18:41
5
İntiqam qoxur ruhum
Offline
Tomris Müslümova
çoxları elə xəbərin başlığını oxuyub şərh yazıllar amma diqqətlə oxuyun oxumağa dəyər bir möczudur.
Mənə maraqlı gəldi o kitab,elə DİP də ağlım qalacaq indi onda gərə oxuyam çox maraqlı oldu oxumaq
6 avqust 2015 17:40
4

Sən sadəcə mənimsən...!
Offline
ell.nell
Özum olmaq üstundu herşeyden
6 avqust 2015 17:39
3
Offline
BARBI
Her zaman ozum olmagi ustun tuturam. Kim istersen ol hec vaxt deyisme yalniz ozun ol
6 avqust 2015 17:32
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Ela
Her zaman ozumen
6 avqust 2015 17:32
1
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv