Yuxunun keyfiyyəti yaşadığın ölkədən asılıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 127
Səs ver:
(səs: 2)
Beynəlxalq tədqiqatçılar qrupu keyfiyyətli yuxunun hansı amildən asılı olduğunu müəyyən etmək üçün eksperiment aparıblar. Eksperimentin nəticələri gözlənilməz olub. Rahat və normal yuxu insanın hansı ölkədə yaşamasından birbaşa asılıdır.

Tədqiqatçıların təşkil etdikləri irimiqyaslı eksperimentdə dünyanın 48 dövlətindən 940 mindən çox vətəndaş iştirak edib. Könüllülər iki həftə ərzində unikal "Sleep Cycle" əlavəsindən istifadə ediblər. Bu əlavənin köməyi ilə yuxunun fazalarını, müddətini və digər meyarları qiymətləndirmək olar. Mütəxəssislər tədqiqatların nəticələrinə görə vətəndaşlarının yuxusu keyfiyyətli və sağlam olan ölkələrin siyahısını tərtib ediblər. Slovakiya, Polşa, Macarıstan, Çexiya və Çin sakinləri bu baxımdan ən bəxtəvər insanlar sayılıblar.

Eksperiment zamanı müəyyən olunub ki, Cənubi Afrika ölkələrinin sakinləri dünyada yuxudan ən erkən oyanan insanlardır. Onlar adətən səhər saat 6-da yuxudan dururlar. Tədqiqatda iştirak edən könüllülər hesab edirlər ki, çərşənbə həftənin yuxu üçün ən münasib günüdür. Şənbə və bazar günləri isə yuxudan doymaq olmur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri