Ünsiyyət qurarkən nələrə diqqət etməliyik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 188
Səs ver:
(səs: 1)
Ünsiyyət dedikdə ilk növbədə, söz və dil başa düşülür. Sosial psixologiya sahəsində aparılan tədqiqatlar isə uğurlu ünsiyyətdə sözsüz verilən informasiyaların sözlə verilən informasiyalardan daha təsirli olduğunu göstərir. Qarşılıqlı münasibətlərdə sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz rol oynayır. Ancaq bədən dili ilə verdiyimiz informasiyalar bir halda bizə uğur gətirsə də, başqa bir halda "işimizə mane olur".
Buna görə də, düzgün ünsiyyət qurmaq üçün bir şərt də bədən dilindən maksimum istifadə etməkdir.

Dil yalan söyləsə də...
Gözlərimiz dünyaya açılan pəncərədir. Bununla yanaşı, onlar ünsiyyətdə də mühüm rol oynayır. Münasibətlərinizi daha da yaxşılaşdırmaq üçün münasibət qurduğunuz adamın mütləq gözlərinə baxmalısınız. Beləliklə, yaxşı ünsiyyət qurmaqla yanaşı, qarşı tərəfin etimadını da qazanmış olarsınız. Dil yalan söyləsə də, bədən, gözlər və ya üz yalan söyləmir. Çox vaxt dildən şirin sözlər çıxsa da, bədən dili həqiqəti üzə çıxarır. Hissləri və düşüncələri sözlərin arxasında gizlətmək mümkün olsa da, bədən dili buna imkan vermir.

Harada və necə durmaq...
Ünsiyyətdə insanın necə durmasının da əhəmiyyəti böyükdür. Məsələn, ünsiyyətinizin uğurlu olmasını istəyirsinizsə, bədəninizi həmişə dik tutmalısınız. Bu, adamın özündən arxayın olduğunu göstərir. Yox əgər oturmusunuzsa, oturacaqda tam oturmalısınız. Oturacağın kənarında oturmaq qətiyyəsiz və passiv olduğunuzu göstərir. Biri ilə söhbət edərkən ona doğru əyilməniz ona qiymət verdiyinizə işarədir. Digər tərəfdən, insanın necə durması onun əhval-ruhiyyəsinə də təsir göstərir.

"Mövqeyinizi" düzgün seçin.
İnsanlarla ünsiyyətdə məsafə də böyük əhəmiyyət kəsb edir. 45 sm isə ünsiyyət üçün ən yaxşı məsafə sayılır. Həmçinin ünsiyyət qurmaq istədiyiniz adamın tam qarşısında dayanmağa və ya oturmağa da diqqət etməlisiniz. Çünki belə olduqda qarşı tərəflə gizli rəqabət başlayır. Buna görə də, şahmat kimi oyunlarda rəqiblər həmişə qarşı-qarşıya otururlar. Bu halda siz istəməsəniz də, şüuraltınızda rəqabət yaranır. Tanımadığınız adamla ünsiyyətdə, ilk növbədə, bədən dili dövrəyə qoşulur. Bəzən bir iş sahibinin işçisinin kürəyinə əlini qoyması onun etimadını qazanmasında böyük rol oynayır.

Ünsiyyətdə xarici görünüşün rolu
Birinci dəfə gördüyünüz adam haqqında ilk 30 saniyə ərzində müəyyən təsəvvür yaranır. İnsanların 70 faizi ilk dəfə gördüyü adamın əvvəlcə ayaqlarına baxırlar. Buna görə də, ünsiyyətdə xarici görünüş böyük əhəmiyyət kəsb edir. Geyim və xarici görünüş insanın həm xarakterini, həm də əqidəsini əks etdirdiyi üçün bir yerə ilk dəfə getdikdə geyiminizə diqqət etməlisiniz. Bir şeyi də unutmaq olmaz ki, kənarda qazanacağınız hörmət və etibar birbaşa sizin özünüzə hörmətinizdən və etibarınızdan asılıdır. İnsanların bədən dili coğrafi, sosioloji və bir çox başqa səbəblərdən asılı olaraq müxtəlif olur. Məsələn, hindular bellərinə zəfəran rəngli tikişsiz parça sarıyırlar. Bununla onlar həm fiziki, həm də mənəvi baxımdan digər insanlardan fərqli olduqlarını göstərmək istəyirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri