Sizin duyğularınız...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 484
Səs ver:
(səs: 1)
Vaginizm qızlar bu xəstəliklə '' ilk gecədə '' tanış olurlar və bu tanışlıq onların özünə güvənini itirərək həyatını kabusa çevirir.

Qadınların ailə qurduqdan sonra cinsi əlaqədə ola bilməməklərinə səbəb onların həyat yoldaşlarının problemi deyil, qadınların özlərində yaranmış problemlərdir. Bu zaman oğlan yox , qadın (qız) müalicə olunmalıdır.

Düşünürsünüz ki , görəsən siz niyə cinsi əlaqədə ola bilmirsiz? Bu nə problem  olduğunu özünüzdə aydınlaşdıra bilmirsiz. Suallar içindəsiniz.Heç kimə probleminizi deyə bilmirsiniz sizi anlamaz deyə. Yaşadığınız problem bir xəstəlikdir,əziz qadınlar! Adını belə bilmədiyiniz bu xestəliyin adı VAGİNİZMDİR! Vaginizm- qadınların cinsi əlaqəyə girə bilməməsidir. Səbəb: onların cinsi əlaqəyə aid beyinlərində yaratdıqları dəhşətli qorxularıdır. Klinikamıza gələn vaginizm xəstələrin bir-birindən fərqli narahatlıqları , qorxuları , vaginizmlə əlaqədar fərqli hekayələri və vaginizmin gətirdiyi problemlərə qarşı da fərqli düşüncə və davranışları olur.

Nəticədə bu xəstəlik insanı elə bir hala gətirir ki, sanki vaginizm çözümsüzdür. Bəzi vaginizm qadınların niyə , nə üçün vaginizm olduğuna dair heç bir səbəbləri olmur və cinsi əlaqəyə girə bilmədiklərinə görə nədən qorxduqlarını bilmirlər ... Nəticədə nə olursa olsun " vaginizm " çözümü olan bir problemdir. Yaxınlarınız sizden uşaq soruşmağa başlayanda cavab tapa bilmirsiniz. Pessimist, bədbəxt, yaşamağı belə istəməyən bir hala gəlirsiniz. Bəzən " Kaş ki,ailə qurmasaydım" ,ya da "Bu belə getməyəcək, boşanım ərim ailə qursun uşaqları olsun"-deyə həyata təslim olmaq haqda  düşünürsünüz. Amma bunlar sizin probleminizə çarə olmayacaq. İtirilməkdə olan və xəyallarını qurduğunuz xoşbəxt ailə tablonuzu geri qaytarmaq , normal cinsi əlaqədə ola bilmək , uşağa sahib olmaq sizin də haqqınızdır. Vaginizm probleminiz bu gün, sabah özbaşına həll olar deyə gözləyərkən, bir də baxacaqsınız ki, illəriniz keçib. Əvəzində isə Vaginizmin sizin beyninizdə yaratdığı qarma-qarışıq düşüncələr və yersiz qorxular sizi çıxa bilmediyiniz bir " burulğana" salıb və hər gün daha dərinə gedirsiniz. Ailəlisiniz, amma yoldasınızın qadını deyilsiniz.

Ailəlilər arasında şəxsiyyət vəsiqənizi itirmiş kimisiniz... Yoldaşınızla sevərək ailə qurmusunuz və bu ailəlikdən çox şeylər gözləyirsiniz. Lakin yoldaşınız sizinlə daha da yaxınlaşmaqdansa vaginizm üzün dən get-gedə uzaqlaşmağa başlayır. Və anlayırsınız ki, bütün bunlara səbəb sizsiniz. Əriniz qarşısında  yaranan günahkarlıq hissi sizi yaşamağa bezdirir. Depressiyaya düşürsünüz,özünüzə qapılırsınız , ağlınızdan qara- qara fikirlər keçir, hamilə qadınları görəndə ürəyinizdən keçən duyğuları heç kimə arzulamırsınız... Ailə qurmadan əvvəl ilk gecə qorxularınızı təxmin edib, ailə qurduqdan sonra vaginizm problemini yaşayırsınızsa, gecələrinizi göz yaşları və iztirabla keçirirsinizsə, yoldaşınızı , özünüzü və dağılmaqda olan ailənizi qurtarmaq üçün vaginizm probleminizi həll etməlisiniz.

Dr. Günay Hacıyeva
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri