Dərk edirəm ki, bu qorxulu deyil, amma o anda.....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 760
Səs ver:
(səs: 0)
Gənc qızlar vaginizmlə "ilk gecə”də tanış olurlar.Rəfiqələrinin ilk gecəni çox şişirdilmiş və abartılmış şəkildə anlatmalarını yada salaraq,eləcə də cinsi əlaqəni ilk dəfə yaşayacaqları üçün beyinlərində yaratmış olduqları qorxular (qanama,parçalanma və s.) və şiddətli ağrıların gözlənilməsi, onların özlərindən asılı olmayaraq əzələlərin (ayaq,çanaq dibi və s.) ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır –VAGİNİZM! Vaginizm xəstəlik deyil! Vaginizm, qızlar beyinlərində yaratmış olduqları qorxulardan( qanama,şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar.

Belə qızlar ailə qurmalarına baxmayaraq illərlə bakirə olaraq qalırlar. Onlar məntiqlə başa düşürlər ki, cinsi əlaqəyə girmək normal haldır,bütün qadınlar cinsi əlaqəyə girirlər ,bu həyatın qanunudur. Başa düşürlər ki, cinsi əlaqə qorxulu və ağrılı olsaydı bunu çox adam edə bilməzdi,uşaq dünyaya gətirə bilməzdi. Bunların hamısını dərk edərək başa düşürlər,amma özləri bunu icra edə bilmirlər. Niyə? Çünki,vaginizm insan beyninin şüuraltı hissəsinin problemidir. Şüurlu hissənin problemi olsaydı zatən bu problemi məntiqlə düşünərək həll edə bilərdilər. Vaginizm qızlar ailəlik müddətində dəfələrlə psixoloqlara, psixiatrlara, anestezioloqlara, ginekoloqlara müraciət edərək düşdükləri vəziyyətdən çıxış yolları axtarırlar. Çox vaxt bu durumu evin böyüklərindən də gizlədirlər.

Evin böyükləri bildiyi halda isə toydan sonra bəyi mollaya , gəlini ginekoloqa aparırlar. Ginekoloq pasientə venadaxili ağrısızlaşdırıcının köməyilə (anestezioloq tərəfindən həyata keçirilən) qızlıq pərdəsini çərtərək vagina girişini (uşaqlıq yolu) genişləndirir. Və yaxud da psixiatrlar psixotrop dərmanlar təyin edir (aylarla). Dərmanın təsiri ilə qadın yuxulu olduğu üçün nələr olduğunu dərk etmi və bu müddət ərzində başa özündə olmadan cinsi əlaqədə iştirak edir.Amma dərmanın qəbulu dayandıqdan sonra (təbii ki belə dərmanları bir ömür boyu qəbul etmək mümkün deyil və cinsi əlaqə də şüurlu şəkildə baş verməlidir) qadın yenə də qorxularından dolayı cinsi əlaqədən imtina edir. Göstərilən müdaxilələrin heç birivaginizmi yenməyə kömək edə bilmir. Nəticədə isə yeni yuva qurmuş gənclər arasında münasibətlər soyuyaraq boşanma ilə sonlanır.

Dr. Günay Hacıyeva
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri