Sən və sənin kimi insanların əksəriyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 513
Səs ver:
(səs: 1)
Sən və sənin kimi insanların əksəriyyəti ruh düşgünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatındakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapanırsan, həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir, işə getmək, kimisə görmək, ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasına çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan. Çünki istəmirsən ki, ətrafındakılara mənfi enerji verəsən. Amma bunları da eləmək səni yorur.

Elə də anlar olur ki, bir xoş söz eşitməyə ehtiyac duyursan. Çünki bilirsən ki, xoş söz sənin daxilində bir az da olsa rahatlıq yaradacaq. Rahatlıq tapmayanda isə hər şeydən imtina edib səni heç kimin tapa bilməyəcəyi yerə getmək istəyirsən. Getsən də faydası olmur. Sən hara qaçsan da fikirlərindən, qəlbindəki ağrılardan, ümidsizlikdən, çarəsizlikdən qurtula bilmirsən. Hər nə etsən də bədbinlik, kədər səni sıxır. Xoşbəxt olmaq istəsən də bunu bacarmırsan...

Təəssüf ki, insan həyata bir dəfə gəlir. Zamanı nə geriyə qaytarmaq olur, nə də dayandırmaq. Sən yalnız xəyalında zamanı saxlaya, qaytara bilmədiyin günləri yenidən yaşaya bilərsən. Amma bu da reallıq deyil. Ruh düşgünlüyü öz torunda səni daha da çox dolaşdırır. Buna baxmayaraq təslim olma! Düşün ki, gecə olmasaydı, səhər də açılmazdı. Kədər olmasaydı, bəlkə gülməyi də bacarmazdın. Problemsiz həyat yoxdur. Sadəcə bəziləri sənin kimi özünü xoşbəxt göstərməyə çalışır.

Bütün çətinliklərə baxmayaraq, xoşbəxt kimi görünən bədbəxt deyil, xoşbəxt kimi görünən xoşbəxt olmalısan. Hər bir şeyə görə şükür etməyi bacarmalısan. Çünki Allah şükür edən insanları sevir və insanların etdikləri dualara Allah üç şəkildə cavab verir: "Bəli deyər və istədiyini verər, xeyir deyər və daha yaxşısını verər, səbr elə deyər və ən yaxşısını verər”.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri