Keçmişdə yaşadığımız pis hadisələrin təsirindən necə qurtulmaq olar?

Müəllif: Sabrina
Şərhlər: 14
Baxılıb: 1008
Paylaş:
Səs ver:
(səs: 1)
Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün,

Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır.

Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İstirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir.

Duyğusal baxımdan özünü ələ almaq üçün,

Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın.

Düşüncələrinizi toparlamaq üçün,

Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək).

Davranışlarınızı nəzərdən keçirin:

Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın.

Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün...

Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmiş kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır.

Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər.

Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz?

Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə,

Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,

Tez-tez kabus görürsünüzsə,

Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,

Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,

Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,

İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,

Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,

Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa.

Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz

Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,

Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,

Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var.

loading...
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 1008
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
ele hadiseler olur ki,unutmaq mumkun olmur.
18 yanvar 2016 21:42
14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Catwoman666
Keçmişdə yaşadığım pis hadisələri əsla unuda bilmərəm. Onlar hər zaman mənimlə olmalıdır ki, həyatda qazandığım təcrübələrim çox olsun.

...666...
29 iyul 2015 20:00
13
Viking
Offline
nigarhesenli1
hmmmmmmmmmmmmmmmmmmmm 122
26 iyul 2015 17:44
12
Offline
sadecə mən
Biz keçmişi deyil, keçmişdə yaşadığımız acıları unuduruq.Ancaq,bəzən o acıları da unutmaq olmur.
24 iyul 2015 19:30
11
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
pipiş
Keçmişi zaman keçdikce keçmişde qalır ve qismen unudulur.. Bunun üçün ne meslehet dinlemek ne ona emel etmek mümkün deyil. İnsan eksine bir problemin üstüne düşende o problemi daha da böyütmüş olur.. Sadece cesur olmaq, olanlardan qorxmadan olcaqları yaşayıb dadını çıxarmaq lazımdır..
23 iyul 2015 21:22
10
Offline
Narın Yağış
7 aydı bu xəbərdə yazılanların əksəriyyəti davam edir və heçvaxt keçməyəcək sadəcə hərdən ələ alıram özümü biraz oda 1neçə saatlıq...
23 iyul 2015 21:12
9
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
Dosta_inam
Kecmisi unutmaq asan deyil, sadece biraz oyresir insan, kecmislede yasamaq olmur axi.
23 iyul 2015 19:41
8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
eıiyeva gülmaye
Kecmisimi hec vaxt sile bilmeremki. Canimdan cox sevdiyimi unutmaq asan deyil. Ozumu aldadiram bezen unutdum. Yox alinmir :((
23 iyul 2015 18:41
7
Offline
xalilova gozel
butun pis hadiseleri yaddasdan silmek ucun QURAI kerim oxuyun..
01
23 iyul 2015 18:16
6
YA ALLAH
Offline
qanadli melek
Kecmiw kecib getdi desekde onu hecne unutdura bilmirem
23 iyul 2015 18:15
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
WiRiN BaLaM
Keçmişi bizə heçnə unutdura bilməz ..boş inanclardır.
23 iyul 2015 17:50
4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
lale.veliyeva19
Men keçmişimi heç vaxt unuda bilmərəm çünki mən "o"nu unuda bilmirəm...... ciyy ciyy
23 iyul 2015 17:37
3
Offline
vipbetul
bu da bir gur terapiya usuludu oyreshdinse bu gur usullara insana yaxsi tesir edir sakitleshdirir
23 iyul 2015 17:36
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Menimde yasadigim bir sira problemler olub. Amma ohdesinnen gelmisem nece deyerler kecmis kecmisde qaldi. Her seyi unudub geleceye baxiram
23 iyul 2015 17:31
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv