Bu davranışlar "Psixopat" olduğunuzu göstərir - Diqqət!

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 3 246
Səs ver:
(səs: 4)
Amerika Psixiatriya Dərnəyi psixopatların 10 xüsusiyyətini müəyyənləşdirdi. Şok məlumat isə həmin xüsusiyyətlərə əsasən idarəçilərin böyük bir hissəsi psixopat kateqoriyasına daxil edilir.

Türkiyənin Habertürk qəzetində "Psikopat" adlı yazının müəllifi Banes, idarəçi mövqedə olanların əksər hissəsinin bu sinifə daxil edildiyini və yazını oxuyan şəxslərin də özlərinə bu sualı verəcəklərini ifadə edib. Banes əlavə edərək söyləyib ki, Amerika Psixiatriya Dərnəyi 2013-cü ildən etibarən aşağıda sadalayacağım 10 əlamətin hər birinə sahib olan şəxsləri psixopat olaraq müəyyənləşdirilməsinə qərar verib.

Həmin 10 xüsusiyyəti sizlər üçün təqdim edirik:

1. Qanunları, qaydaları və cəmiyyətin dəyərlərini heçə sayanlar

2. Başqalarının haqlarını pozanlar

3. Başqalarının duyğularını anlamamaq

4. Səhvlərini qəbul etməmək

5. Ani olaraq saldırqan davranışlar sərgiləmək

6. Hiss etmədiyi halda özünü duyğulanmış kimi göstərmək

7. Yanlış bir şeylər etmədən öncə özü kimilər ilə iş birliyi üçün çox ağıllı planlar qurmaq

8. Təbiəti xüsusilə heyvanları sevməmək və fürsət əldə edən kimi onlara zərər vermək

9. Kinli və intiqamçı olmaq

10. Öz qanunlarını yaradaraq ətrafındakıları onları qəbul etmələri üçün təzyiq göstərmək

London Krallıq Universitetinin mütəxəssislərinin 2012-ci ildə Archives of General Psychiatry adlı elmi jurnalda yayaımladıqları məqaləyə əsasən, psixopatların beyin MRİ nəticələrində (boz təbəqədə) anormallıqlar var. Bu araşdırmanı davam etdirən bir ingilis psixoloq keçən həftə etdiyi mətbuat konfransında olduqca diqqətçəkici və qəribə iddialar bildirib. Belə ki psixoloqun iddialarına görə, psixopatlar arasında zəka səviyyəsi (İQ) yüksək olanlar çoxluq təşkil edir. Bu insanlar yalan deməyi, heç bir bacarıqları olmadıqları halda özlərini satmağı çox yaxşı bacarırlar. Ən çox diqqət çəkən özəllikləri duyğusuz olduqlarını gizlətmələridir. Məsələn, psixologiyası yerində olan bir şəxsi göz yaşlarına boğan bir mənzərə qarşısında olduqca soyuqqanlıdırlar. Ancaq ağıllarını istifadə edərək duyğulanmış kimi davranırlar. Hətta göz yaşları ilə ağlayırlar. Buna görə də, bu şəxsləri normal insanlardan fərqləndirib "psixopat" diaqnozu qoymaq çətinləşir. Lakin psixoloqların həqiqi duyğuları təyin edən özlərinə məxsus bir metodları vardır: Galvanic Skin Response (GSR). Bu alətdə barmaqlara taxmaq üçün elektrodlar vardır. Bu elektrodlar vasitəsilə yalandan ağlama duyğularını müəyyənləşdirmək asanlaşır.

Bu alət vasitəsi ilə İngiltərədə çox böyük şirkət işçiləri və idarəçiləri üzərində psixolojik analiz ediblər. Əldə edilən nəticələr elm adamlarını həqiqətən şok etməyi bacarıb. Belə ki, idarəçilərin böyük bir qisminin "psixopat" kateqoriyasına daxil edilməsi hər kəsi təəccübləndirib.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri