Səhər günəşinin depressiyada olan qadınlara faydası

Müəllif: emis
Şərhlər: 6
Baxılıb: 3 323
Səs ver:
(səs: 0)
Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulması ilə ortaya çıxa biləcək depressiyanın bir müddət səhər günəşini hiss etməklə qarşısının alına biləcəyini söyləyib.

O, hava açıq və günəşli olduqda şən, tutqun və buludlu olduqda isə cansız və melanxolik olan insanlarda çox zaman bunun səbəbini bioloji saatda baş verən dəyişikliklərin təşkil etdiyini vurğulayıb. Mövsümi keçidlərdə aşkara çıxan depressiyanın bəzən müxtəlif əzələ və baş ağrıları, qəbizlik, mədə bulantısı kimi fiziki narahatlıqlara yol aça biləcəyini qeyd edən Berksun bu simptomlar bir neçə həftə davam edərsə, bunu mövsumlə əlaqələndirmək əvəzinə dərhal müalicəsinə başlanılmasının labüd olduğunu bildirib. Yetərsiz günəş işığı beyində kimyəvi maddələrin nisbətlərində və paylanmalarında pozuntulara yol aça bildiyi üçün bəzi şəxslər depressiyaya daha çox meyilli olurlar. Səhərlər yarım saata qədər günəş işığında oturmaq mövsümi keçid dövründə baş verən depressiyanın və halsızlığın qarşısını ala bilər.

Depressiyaya məruz qalma riski qadınlarda daha çoxdur

Berksun qadınlarda depressiyaya məruz qalma riskinin kişilərə nisbətən iki dəfə daha artıq olduğuna diqqət çəkərək mövsümi keçid dövründə də məhz qadınların depressiyaya daha çox yaxalandığını vurğulayıb. Onun fikrincə, depressiya cəmiyyətin 10-15 faizində müşahidə oluna biləcək bir xəstəlikdir. Mövsümi depressiya vəziyyətində insanın diqqətini toplaya bilməməsi və unutqanlığı onun iş qabiliyyətinin də azalmasına səbəb ola bilər. İstəksizliyi və iş görəcək gücü toplaya bilməməsi iş fəaliyyətində problemlərlə üzləşməsinə yol aça bilər. Gün işığından kifayət qədər faydalanmaqla yanaşı müntəzəm yuxuya vaxt ayırmaq, vitaminlərdən zəngin şəkildə istifadə və yüngül idman hərəkətləri də depressiya ilə mübarizədə yardımçı ola bilər. Yuxuya getməyi asanlaşdırmaq və ya həyat gücünü bərpa etmək üçün alkoqollu içki qəbul etmək ən tez-tez rastlanan olduqca yanlış metoddur. Alkoqol hüceyrəvi zəhərdir və xronik şəkildə istifadə olunduqda əsasən depressiya və həyəcan pozğunluqları başda olmaqla bir çox psixi xəstəliklərə səbəb ola bilər. Uzun müddət qəbul edilərsə, özbaşına yuxuya getmədə problemlər yarana bilər. Unudulmamalıdır ki, depressiya hisslərə, düşüncələrə, davranışlara və həmçinin də bədənə təsir edən bir xəstəlikdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri