İnteryerdə rənglərin psixologiyası

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 6 589
Səs ver:
(səs: 3)
Sirr deyilki, hər bir rəng özünəməxsus mənaya sahibdir və öz dəsti xətti ilə sizin əhval-ruhiyyənizdə dəyişiklik yaradacaq təsir qüvvəsinə malikdir. Yaşıl-sakitləşdirir, qırmızı – narahat edir, ağ – həcmi genişləndirir, qara – gizləyir və s.

Bəs rənglər haqqında bilikləri interyerdə necə tətbiq etmək olar? Eyni zamanda bu və ya digər otağa öz şəxsi xarakterinə uyğun, özündən nəsə əlavə etməklə ən uyğun rəngi necə seçmək olar? Gəlin bunu birlikdə aydınlaşdıraq..

Qəhvəyi
Qəhvəyi rəng –  rəmzi və əla özəy. Portağal, layma və bordo ilə çox gözəl uyğun gəlir.Bu rəng istilik və rahatlıq hissi verir, sizin və qonaqlarınızın üçün keçən zamanı hiss etdirmir.
Bu rəngi qonaq otağının tərtibatı üçün seçə bilərsiz. Qum rəngi ilə uyğunlaşmış qatı şokolad, yumurta qabığı və ayvari rəngi ilə birgə təkrarolunmaz rahat bir atmosfer yaradar.
Yalnız mətbəxdə çox miqdarda qəhvəyidən qaçın, o yalnız dinamikadan sizi məhrum edər və mətbəxinizə qaranlıq abu-hava gətirər. Çəhrayı-ağ ilə qəhvəyi yataq otağına uyğun gələr.

Qırmızı
Əgər qırmızı rəngin interyer üçün uyğun olmadığını düşünürsünüzsə -yanılırsınız. Bəli, çünki məhz qırmızı rəng evə və evin sakinlərinə ehtiras gətirir. O həddsiz eqosiyaları provokasiya edə bilər, yalnız qırmızı rəngin vurğulanması  ümumi göy və ağ rəngli soyuq fonlara istilik gətirir.
Bundan əlavə yer üzündə qırmızının o qədər çalarları var ki, onların hər biri sizin evinizə bir başqa təsir bağışlayar. Əgər al rəng əsas rəng kimi götürülsə, o yataq otağına dramatizm gətirər. Ama qırmızının moruq rəngli çalarını götürsək, bu otağa bir hüzur və "şirinlik” qatar.
Qırmızıdan hər bir otaqda rahatlıqla istifadə etmək olar, yalnız vanna otağında həddən artıq qırmızıdan qaçın. Hər bir halda su ilə od ünsür olaraq (nəzərə alsaq ki, qırmızı elə alov rəngidir) – heç də biri birinə uyğun deyil.

Sarı
Dizaynerlər sarı rəngi günəşin öpüşü adlandırırlar. Bu rəng hər bir evə optimizm və pozitivlik qatmağa qadirdir. Sarı interyerli mühitə daxil olduqda, siz sözsüz ki gülümsəyəcəksiniz. Bu pozitiv rəng sizə narahatlıqlarınızı unutmağa kömək edər.
Açıq-sarı vizual olaraq  həcmi genişləndirir. Məhz buna görədir ki , sarı pəncərəsi olmayan vanna otaqları üçün əla seçimdir.
Qədimi üslub interyeri həvəskarları üçün isti qəhvəyi tonlarla haşiyələnmiş sarı rəng ideal uyğunluqdur. Əgər əlvan rənglərdən ehtiyat edirsinizsə, yalnız evinizə də canlı və pozitiv əhval ruhiyyə gətirmək arzusundasınızsa, o zaman sarı, ağ və bej rənglərin qarışı olan "fransız vanili”nində seçiminizi dayandırın.

Yaşıl
Yaşıl rəng bir sıra gözəl keyfiyyətlərə sahibdir: bu rəng cavanlığın,yeniliyin və doğuluşun rəmzidir. Bu rəng uşaq otağına və eləcə də mətbəxə çox uyğundur.
Yaşıl tonlarda olan mühit həmişə sizə çiçəklənən yaz əhvalı verəcək. Sitrus çalarları və yetişməmiş yemiş rəngi qaranlıq mühitə əlvan notlar bəxş edəcək. Zümrüd rəngi giriş üçün əla seçimdi. Yaşıl xalçalar, pəncərəsindən yaşıllıq görünən otaqlara vizual olaraq genişlik gətirər.

Göy
İnteryerdə göy rənglə ehtiyyatlı olmaq lazımdır. Ümumiyyətlə, göy – göy qurşağı pozitivinin, yenilik və huzur dolu xoşbəxtliyin rəngidir. O göydə üçüş, dənizdə surfinqlə assosiasiya yaradır. Yalnız siz ilin çox hissəsini qış fəslində keçirən  enliklərdə, göy rəng ətrafınıza eviniz soyuqluq gətirər. 
Göy rəng ağ ilə çox gözəl uyğunlaşır və bu uyğunluq özünü yataq otağında daha gözəl göstərir. O yaşılın hər çaları ilə uyğunlaşır və bu uyğunluq mətbəxi və qonaq otağını daha da canlı edir. Eyni zamanda göy və onun bütün çalarları vanna otağı üçün də əla seçimdir.
Tünd göy və əlvan mavinin əlvan aksentləri ilə sakit interyer çox xoşagəlimli görünür. Məsələn,ağ divarlar rəsimdəki su peyzajını daha parlaq göstərər, açıq rəngli divan isə akvamarin balışları daha da rəngləndirər.

Boz
Boz rəng- üzərinə ev qurmaq üçün əla bir özəydir. Boz rəng limon,fiolet və ya çəhrayı rənglərlə təəccübləndirəcək dərəcədə gözəl görünür.
Tünd boz-alicənablığın, açıq-boz isə hüzur və durğunluğun rəngidir.
Divan,stul kimi mebellərə və xalçalara boz rəng xüsusi yumşaqlıq və rahatlıq gətirir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 6 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri