Məşhur tənhalıq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 506
Səs ver:
(səs: 2)
Yaraşıqlı, gözəl, gənc, zəngin, idmançı, həyat dolu görünən insanların çoxu tənhadır.

O qədər yalnızdırlar ki, bəziləri həll yolunu sosial şəbəkələrdəki dostluqlarda tapır, süni dünyalar yaradır, xəyali dostluqlardan mədət umur. Bu kimi insanlar sosial şəbəkə "dost” larının çox vaxt hekayələrdən ibarət həyatlarını ən incə təfərrüatına qədər bildikləri halda, həqiqi dünyadan bir o qədər uzaq ola bilir, hətta yaxın qonşularını belə tanımırlar.

İt, pişik və quşlarda sevgini axtaranların, tənhalıqdan qurtulmağa çalışanların sayı heç də az deyil. Heyvanlar dünyadakı ən gözəl bəzəklərdən biri, insandakı sevgi hissini hərəkətə keçirən şirinlikləri ilə Allah'ın bir nemətidir. Ancaq bəzi insanlar heyvanları öz tənhalıqlarında qalxan kimi istifadə edirlər. Küçədə soyuqda yatan bir uşaq onları maraqlandırmadığı halda, itləri üçün xeyli miqdarda pul xərcləyə bilirlər.

Dostları ilə şəkillər çəkdirib, minlərlə izləyicisi ilə paylaşan ama hər zaman tənhalığını vurğulayan insanlardan siz də xəbərdarsız?

Sizin də çox guman ki, tənhalıqla mübarizə aparan tanıdıqlarınız var.

Bəs öz ailələri və ya dostları ilə maraqlanmaq, bir yaxşılıq etmək əvəzinə saatlarla internetdə vaxt keçirən neçə nəfəri tanıyırsız?

Birinə kömək etmək və ya soruşulan bir suala cavab vermək, hətta gözəl bir söz söyləməkdənsə facebook mesajlarını cavablandırmağa üstünlük verən neçə nəfər insanı tanıyırsız?

Uşağınız sizinlə ünsiyyət qurmaq əvəzinə telefonuna yaxud da kompyuterinə baxmağa üstünlük verir?

Bütün bunlar önəmli bir problemin əlamətləridir…

Tənhalıq yavaş-yavaş yayılan bir xəstəlik kimidir. İzdihamlı məclislər, məşhur əyləncə mərkəzlərində gerçəkləşdirilən və hər kəsin əyləndiyi kimi görünən məclislər, yüzlərlə insanın işlədiyi böyük biznes mərkəzləri tənha insanlarla doludur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri