Bəhanələri rədd et

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 133
Səs ver:
(səs: 0)
"Bəhanələr gətirməkdə uğurlu olan insanlar, digər işlərdə nadir hallarda uğurlu olurlar.” Benjamin Franklin

Özünə inamı zəiflədən amillər arasında üzərində durulacaq ən mühüm xüsuslardan biri də bəhanələrdir. Bəhanələr, tez-tez müraciət etdiyimiz, hər an köməyimizə çatan və bizə təsəlli verən dostlarımızdır. Bir yerdə qərar verərək artıq daha yüksək standartlara görə yaşayacağam, istədiyimə nail olmaq üçün əlimdən gələni edib mütləq uğur qazanacağam, deyirik və işə başlayırıq. İlk vaxtlar çox həvəsli və həyəcanlı oluruq, amma nədənsə bir müddət keçidikdən sonra o həvəsi, həyəcanı itiririk və eyni  zamanda qabiliyyətə olan inamımız da zəifləyir. Bunun müxtəlif səbəbləri vardır. Bir səbəb də bəhanə gətirmək vərdişimizdir. BəhBəhanələri rədd etanələr,  adətən, hər hansı əhəmiyyətli bir iş üzərində işləyərkən, həyatında nə isə dəyişiklik etmək, nəyisə daha etməmək, tərgitmək və ya hansısa yeni vərdişə yiyələnmək üçün qərar verdikdə və ya qərar verən andan  bir müddət sonra lazım olan kimi heç gecikmədən meydana çıxırlar.
Əldə etmək istədiyimiz hər hansı dəyərli bir şey üçün vaxtımızdan, rahatlığmızdan, bəzi sevdiyimiz şeylərdən fədakarlıq etməliyik. Özümüzü daha çox idarə etməli, daha çox çalışmalı, daha az yatmalı, xoşumuza gəlməsə də əhəmiyyətli və lazımlı işlərə vaxt ayırmalıyıq. Bütün bunlar, adət halını almış yaşam tərzimizdə dəyişikliklər etməyimiz,  yeni və intizam tələb edən və biraz da çətin olan bir proqrama görə yaşamağımız deməkdir. Uğur qazanmağın da ən əhəmiyyətli sirri məhz budur: Etməli olduğun şeyləri istəsən də, istəməsən də; sevsən də, sevməsən də;  etməli olduğun şəkildə və vaxtda etmək lazımdır! Bunu düşünmək, bu cür bir insan olduğunu təsəvvür etmək, xoş gəlir, amma lazımı fədakarlığı göstərmək çətin və əziyyətli görünür. Bütün bunlara baxmayaraq, "mən edəcəyəm” deyib, fəaliyyətə başlayanda mütləq çətinliklərlə mübarizə aparmalı olursan. Bu çətinlikərlə mübarizə aparan vaxtlarda məsələn, yorğun olanda, həvəsssiz olduqda, biraz şübhəyə düşüdüyün anda yeniliyə görə deyil, əvvəlki tərzdə yaşamaq üçün ( bu daha rahat olur ) bəhanələrə müraciət edirik. Bu sadiq dostlarımz da hər an xidmətə hazər olduqlarına görə, heç gözləmək də lazım olmur, elə o an hazır olurlar. Bu bəhanələr çox saydadır və hər vəziyyət üçün də uyğun olan birini tapmaq heç də çətin deyil. Bunlara misal kimi aşağıdakı bəhanələri göstərə bilərik:

-mən həmişə belə olmuşam.
-bu mənim xasiyyətimdir.
-kifayət qədər pulum yoxdur.
-buna gücüm çatmaz.
-heç kim dəstək vermir\verməyəcək.
-vaxtım yoxdur.
-özümü hazır hiss etmirəm.
-bunun üçün çox yaşlıyam və ya gəncəm.
-qorxuludur\ risklidir.
-çətindir və s…

Bunlar hər kəsin tanış Bəhanələri rədd etolduğu və əksəriyyətin bəhanə olaraq deyil, gerçək səbəblər olaraq istifadə etdiyi əsas bəhanələrdir. Çoxları möcüzə gözləyir ki, nə isə bir şey olsun və heç bir əziyyət çəkmədən, fədakarlıq etmədən, oturduğu yerdən istədiyinə nail olsun. Amma unutmamaq lazımdır ki, yataraq uğur qazanan, istədiyinə nail olan sadəcə toyuqlardır.

Halbuki, çalışmaq, hər hansı bir əhəmiyyətli hədəf uğrunda əziyyət çəkmək, fədakarlıq etmək, yuxusuz qalmaq, əhəmiyyətsiz olan hər bir şeyə, hər bir gülünc bəhanəyə böyük bir YOX deyərək günlərini faydalı bir şəkildə keçirmək əsl fəzilətdir. Vaxt sürətlə keçərkən o dəyərli anlara bəhanələr gətirməkdənsə, az da olsa nə isə etmək daha düzgün və məntiqli deyilmi?!

Bəhanə gətirmək səni istədiyin hədəflərdən uzaqlaşdırmaqdan, özünə olan inamını zəiflətməkdən, özünü heç nəyə layiq olmayan, dəyərsiz, bacarıqsız bir insan kimi görməkdən başqa heç nəyə yaramır.

Düşünək ki, iki nəfər var. Hər ikisi də əldə etmək istədikləri şeylər üçün işləməyə, çalışmağa başlayırlar.  Başlanğıcda hər ikisi də həvəslidir, işləməyə inamla başlayırlar. Bir müddət keçdikdən sonra çətinliklərlə üzləşəndə biri, ” bunu necə adlaya bilərəm?” deyə düşünür, yollar axtarır və nə etmək laızmdırsa, istəsə də, istəməsə də onu edir və bəhanə gətirməyə nə səbəbi, nə də vaxtı olur. Digəri isə sanki səbrsizliklə gəlmələrini gözlədiyi çətinliklərlə üzləşdiyi anda, özünün "haqlı” olduğunu sübut etmək  üçün durmadan şikayətə əl atır. Bu zaman da bəhanələr köməyinə çatır. Ola bilər ki, gətirdiyi səbəblər həqiqətən də ona mane olsun. Amma, hər bir maneə də məhz üzərindən aşmaq və istədiyinə nail olmaq üçün bir vasitədir. Hər hansı bir bəhanə şikayət etmək, bəhanələr gətirmək üçün əsaslı bir səbəb deyil. Bu nümunədən də gördBəhanələri rədd etüyümüz kimi, bu iki nəfərin hər biri, hadisəyə yanaşma tərzinə uyğun nəticələr əldə edir. Çətinliklərlə özünü sınamaq, özünü sübut etmək, iradə gücünü, qətiyyətini, əzmini daha da gücləndirmək üçün bir sınaq kimi baxan insan hər mübarizəsindən sonra özünə olan inamını daha da gücləndirir. Bunun əksinə, digəri özünə əziyyət verməkdən, fədakarlıq etməkdən canını qurtarmaq, işin doğrudan da imkansız olduğuna ətrafdakıları və özünü inandırmaq üçün bəhanələri həvəslə, mümkün olan hər anda və hər yerdə danışmağa başlayır.  Bu da onun olduğu yerdə qalmağına və daim yaşaya biləcəyindən daha aşağı səviyyədə bir həyat yaşamağına səsbəb olur.
Bəhanələrlə yaşamaq və nəticədə özümüzə olan inamımızı itirmək, istədiklərimizi real həyatda deyil, sadəcə xəyallarda yaşamaq, ya da bunun əksinə, zehnimizə gələn hər bəhanəni rədd edərək ən yükəsk standartlara görə həyatımızı davam etdirmək bizə qalmış bir seçimdir. Allahın  da bildirdiyi kimi, hər insan çalışdığının qarşılığını görəcəkdir.

Mənbə: İsmayıl Vəliyev – "Özünü kəşf et” kitabı.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri