Həyatı asanlaşdırmaq üçün 60 tövsiyə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 414
Səs ver:
(səs: 0)
1. Başqalarının ağlını oxumağa çalışmayın. Başqalarının da sizin ağlınızı oxumağını gözləməyin. Ünsiyyət qurun.
2. Nəzakətli olun, amma ətrafınızdakı hər kəslə də dost olmağa çalışmayın. Bunun yerinə, sizin üçün daha önəmli olan insanlarla münasibətinizi irəlilətmək üçün vaxt sərf edin.
3. Sağlamlığınız həyatınızdır, onu qoruyun. İllik olaraq checkup yoxlamanızı edin.
4. İmkanlarınızın daxilində yaşayın. Həqiqətən ehtiyacınız olmayan heç bir şeyi satın almayın. Böyük ölçülü alış-veriş qərarları üçün təkrar-təkrar düşünün. Bir büdcə və qənaət planı yaradın və bunlara sadiq qalın.
5. Hər gecə kifayət qədər yatın. Yorğun bir beyin adətən məhsuldar işləyə bilməz.
6. 30 dəqiqə erkən qalxın ki, səhərlər çılğın kimi ordan-oraya qaçmalı olmayasınız. Bu 30 dəqiqə, sizi yüksək sürət səbəbiylə ödəmək məcburiyyətində olduğunuz yol cəzalarından, gecikmələrdən və gərəksiz baş ağrılarından qurtara bilər.
7. Kibirinizi bir kənara buraxın, hətta ondan tamamilə qurtulun, əlinizi sıxın və ya qucaqlaşın və hərəkətə keçin.
8. Vaxtınızı qısqanclıqla xərcləməyin. Mübarizə apardığınız tək rəqib, öz mənliyinizdir.
9. Ətrafınızı, boşluqlarınızı dolduran insanlarla əhatələyin. Onların, yaxşı olduqları şeyləri etmələrinə izin verin ki, siz də yaxşı olduğunuz şeyləri edə biləsiniz.
10. Həyat və çalışma sahənizi nizama  salın. Praktik  tövsiyyələr üçün David Allen-in "İş bitirici” kitabını oxuyun.
11. İstifadə etmədiyiniz şeylərdən qurtulun.
12. Əmin deyilsinizsə, kimdənsə soruşun.
13. Zamana qənaət etmənizi təmin edəcək bir ipucu və ya gələcəkdə davamlı olaraq istifadə edə biləcəyiniz qısa bir yol öyrənmək üçün biraz zaman ayırın.
14. Hər kəsi məmnun etməyə çalışmayın. Doğru bildiklərinizi edin.
15. Üzgün və ya hirsli olarkən alkoqol və ya uyuşdurucu dərmanlar istifadə etməyin. Bunların yerinə, piyada gəzməyi yoxlayın.
16. Hesablarınızı zamanında ödədiyinizdən əmin olun.
17. Maşınınızın benzin bakını evə dönərkən doldurun, səhər tələsərkən yox.
18. Bəzi borclarınızı avtomatik olaraq yerinə yetirmək üçün texnologiyadan istifadə edin.
19. Önəmli olan 2 dəqiqəlik işləri dərhal həll edin.
20. İşinizə daha yaxın bir yerə köçün.
21. Oğurlamayın.
22. Özünüzə və başqalarına qarşı daima dürüst olun.
23. Sevdiyiniz insanlara mümkün olduğu qədər tez-tez "Səni sevirəm” deyin.
24. Eyni vaxtda bir işlə məşğul olun və bütün enerjinizi ona verin.
25. Başqa birinə başlamadan öncə əlinizdəki layihəni bitirin.
26. Özünüz olun.
27. Yüngül yüklərlə səyahət edin. Həqiqətən götürməyiniz gərəkmirsə, qoyun qalsın.
28. Duş qəbul edin. Sonraya saxlamayın.
29. Yemək bişirməyi öyrənin və yemək bişirin.
30. Həftəlik sağlam bir menyu yaradın və sadəcə ehtiyanız olan şeylər üçün alış-veriş edin.
31. Yeməklərinizi, böyük porsiyalar olaraq bişirin. Bazar günü böyük bir qazanla bişirdiyiniz yeməyi, həftə içində bir neçə gün yeyərək yemək bişirmə vaxtınızı qısalda bilərsiniz.
32. Digər insanların dramlarından uzaq durun. Gərəksiz yerə özünüz üçün də yaratmayın.
33. Nəğd ödəyərək satın alın.
34. Avtomobilinizin, evinizin və sahib olduğunuz digər şeylərin baxımını edin.
35. Tez-tez gülümsəyin, tanımadıqlarınıza belə…
36. Bir şeyi etməyə nifrət edirsinizsə, etməyi buraxın.
37.  Hər kəslə, babanıza göstərəcəyiniz qədər sayğı və bir körpəyə göstərəcəyiniz səbir ilə rəftar edin.
38. Lazım gələndə, üzr istəyin.
39. Qeydlər edin.
40. Maraqlanan olun. Yeni bir şey öyrənməkdən qorxmayın.
41. Daima yeni fikirlər və fürsətlər kəşf edin.
42. Utancaq olmayın. İnsanlarla qruplaşın. Yeni insanlarla tanış olun.
43. Başqalarının sizin haqqında nə düşündüyü sizi çox da maraqlandırmasın.
44. Zəkalı, anlayışlı və sizinlə həmfikir olan xoş insanlarla vaxt keçirin.
45. Avtomobil idarə edərkən mesaj yazmayın. İçkili olarkən avtomobil idarə etməyin.
46. Su için.
47. Darıxanda yemək yeməyin. Ac olanda yeyin.
48. Hər gün idmanla məşğul olun. Ən asanı, 30 dəqiqə boyunca uzun, dincəldici bir yürüyüş edin və ya evinizdə idman edin.
49. Dəyişdirə bilmədiyiniz şeyləri buraxın, getsin. Edə bildiyiniz şeylər üzərinə fokuslanın.
50. Onu etməkdən zövq alacağınız çətin bir iş tapın.
51. Daha möhkəm çalışsanız, daha şanslı olacağınızı unutmayın.
52. Ürəyinizi izləyin. Başqlarının xəyal və arzularını yerinə yetirmək üçün həytaınızı xərcləməyin.
53. Özünüz üçün prioritetlər müəyyən edin və bunların istiqamətində hərəkətə keçin.
54. Tələsməyin və kiçik zəfərlərinizin dadını çıxarın.
55. Hal-hazırda içində olduğunuz yaxşı və ya pis vəziyyət əvvəl-axır dəyişəcək. Bu sadə gerçəyi qəbul edin.
56. Etdiyiniz şeydə önə çıxın. Əks halda, özünüzü məyusluğa uğradarsınız.
57. Yetkinləşin amma çox sürətlə böyüməyin.
58. Düşündüyünüz qədər haqlı olmadığınızın fərqinə varın.
59. Sizi qürurlandıracaq bir şey edin və ya inşa edin.
60. Səhv edin, onlardan dərs çıxarın, xatırladıqca qəhqəhələr atın və arxanızda buraxın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri