Yenə də xoşbəxt deyiləm

Şərhlər: 4
Baxılıb: 2 640
Səs ver:
(səs: 1)
Xoşbəxtlik həyatda hədəf deyil,yaşadığımız "acı-şirin","pis-yaxşı","çətin-asan" anlardır.Əgər
"50 yaşına çatım,təqaüdə çıxım,uşaqlar evlənsin,ömrümün son illərini xoşbəxt yaşayaram",- deyirsinizsə,təbii ki,yanılırsınız.
Bu bir həqiqətdir ki,xoşbəxt olmaq üçün yaşadığınız andan yaxşısı yoxdur.
Əgər indi xoşbəxt olmayacağıqsa,bəs nə vaxt olacağıq? Həyat mübarizədir.Ən yaxşısı bunu qəbul etmək və nə olursa olsun xoşbəxt olmağa çalışmaqdır.
Xoşbəxtlik bir yoldur.Ona görə də yaşadığımız hər anı bir xəzinə kimi görməli,bir xəzinə kimi yaşamalıyıq.
Unutmayın,vaxt gözləmir.Elə Siz də gözləməyin.Evlənməyi,yeni bir ev və ya maşın alacağınız günü,uşaqların evlənməsini,baharın gəlməsini,yayı,payızı,qışı və s. gözləməkdən əl çəkin.

Həyatınızı dəyişdirin
Özünüz üçün yeni mühit kəşf edin."İstiqamətinizi müəyyənləşdirin".Görmək istədiyiniz işlərin siyahısını tutun və vaxt itirmədən həyata keçirməyə başlayın.
 
1)Evinizdə kiçik dəyişikliklər edin.Maraq dairənizi genişləndirin.
2)Heç kimə xəbər vermədən dəniz sahilinə gedib sakit və rahat bir gün keçirin.
3)İş paltarlarınızı çıxarıb,idman tipli paltarlar geyin.
4)Qəlbinizin səsinə qulaq asın.
5)Bir körpənin qoxusunu ciyərlərinizə çəkin.
6)Özünüzə yeni kitablar alın.Gündəlik tutun.
7)Hay-küyün,həyacanın ortasında rahatlayın,əminamanlığın nə demək olduğunu xatırlayın.
8)Allaha üz tutun.Dərdləşin,bacardığınız qədər çox dua edin.
9)Hərdənbir ürəkdən ağlayın.Ruhunuzu sevgi ilə,mərhəmətlə doyurun.

Əgər bütün bunları bacarmasanız,yolunuzu psixiatra salmalı olacaqsınız.

Xoşbəxtlik və Səadət diləyi ilə...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri