Gənc qız psixologiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 570
Səs ver:
(səs: 2)
Hər bir fərd var olmaq və özünü ifadə etmək istəyər. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın təhsilində edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heç sayılmasıdır. Etdiyi səhvlərə görə ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına və mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qızların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ünsiyyət qura bilmədiyi üçün yanlış yola düşdükləri müşahidə edilir. Bu yaş dövründə sevgilisi olmaq fərqlilik və üstünlük kimi qəbul olunur. Bir gənc qıza bunun səbəbini soruşduqda bunu "Məni ailəm heç bir zaman anlamayıb, məni anlayan tək insan odur" kimi ifadə edə bilər. Belə olan halda valideynlər gənc qızı mühakimə etmədən, şəxsiyyətinə hörmət edərək danışmalıdır.

Sevgi gənc qızlar üçün vacib duyğudur. Bu dövrdə gənc yeniyetmələr ətrafındakılar tərəfindən sevilmək və qiymətli olduğunu görmək istəyirlər. Atalar "Qəlb insanın sarayıdır" ifadəsini deyərkən, həmin sarayın qapısının açarının sevgi olduğunu vurğulamışlar. Gənc qızın ürəyinin ailə tərəfindən qazanılması onun müsbət şəxsiyyət kimi inkişaf etməsi istiqamətində böyük təsirə malikdir. Əks halda, bu, mənfi vərdişlərin yaranması ilə nəticələnə bilər. Yetkinlik çağındakı gənc qız sevdikləri üçün çox şeydən imtina edə biləcək səviyyədə güclü sevgi hissi daşıyır. Bu vəziyyətdən sui-istifadə etmək istəyən pis niyyətli şəxslər "Səninlə evlənəcəyəm, burdan qaçacağıq, ailən onsuz da səni anlamır, səni tək sevən və anlayan mənəm" kimi gözəl, lakin boş və yalançı vədlərlə gənc qızı səhv addım atmağa yönləndirə bilər. Bu vəziyyətdə ailəsi ilə yaxşı münasibətləri olan və valideynləri ilə sıx ünsiyyəti olan qızlar belə boş vədlərə aldanmırlar. Ancaq ailəsi tərəfindən təzyiq və təhqirlərə məruz qalan gənc qızlar bunun vəziyyətdən çıxış yolu olduğunu düşünərək səhv addım atırlar. Bu vəziyyətin  yaranmaması üçün ailələrə bir neçə üsuldan yararlanmağı məsləhət görürük:

 - Onunla duyğularını açıq şəkildə ifadə edə biləcəyi güclü bir ünsiyyət qurun.

- Ona sevgi göstərmək mövzusunda xəsis davranmayın.

-  Onunla gözəl zaman keçirin və söhbətlərınızı çoxaldın.

- Gələcəklə əlaqədar ideyaları və karyera hədəfləri mövzusunda onunla söhbət edin.

- Qeyri-adi olsa da fikirlərini dinlədikdən sonra mənfi və müsbət nəticələri haqqında məlumat verin.

- Sosial və idman fəaliyyətlərinə birlikdə qatılmaq aranızdakı əlaqələri gücləndirəcək.

- Hər fərdin özəl olduğunu və onun üçün özəl olan şeylərin sizin üçün də əhəmiyyətli olduğunu ona hiss etdirin.

Bu və bunun kimi məsləhətləri çoxalda bilərik. Bir gənc qız özünə qapanıb ağlayanda "Mən istəyirəm ki, mənim problemlərim və duyğularımla maraqlanasınız. Bu problemlərlə təkbaşıma mübarizə apara bilmirəm, köməyinizə ehtiyacım var" mesajını ​​səssiz bir şəkildə ailəsinə göndərir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri