Psixoloq və psixiatr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 692
Səs ver:
(səs: 0)
Psixoloq və psixiatr kimdir? Psixoloqa niyə getmirik ?
Çox təəssüflər olsun ki, bu gün cəmiyyətimiz psixologiya sahəsi haqqında o qədər də geniş məlumata sahib deyil. Mən özümdə çox vaxt qarşılaşıramkı hələdə psixoloqun kim olduğunu bilməyənlər və yaxud psixoloqu "dəli həkimi” kimi görənlər var. Bunun da bir çox səbəbləri var. Ən önəmli səbəblərindən biri Azərbaycan dilində psixologiya elmi ilə bağlı yetərli sayıda kitab və digər mənbələrin olmaması və psixologiya haqqında bir qədər məlumatı olan həmvətənlərimizin də bəzən psixoloq və psixiatrın hansı vəzifələri icra etdikləri mövzusunda bir sıra yalnış fikirdə olmalarıdır. Bu səbəblərə əsasən sizləri məlumatlandırmaq üçün ilk müzakirə mövzusu olaraq bunu seçdim.

Psixoloq kimdir?
Psixoloq psixologiya fakültəsində dörd illik psixologiya təhsili almış şəxslərdir. Psixologiya elmi sahəsində sadəcə ünvanları psixoloqdur. Psixologiya təhsilini bitirmiş olanlar psixologiyanın müxtəlif magistr proqramı çərçivəsində mütəxəssisləşirlər. Məsələn: Kliniki psixologiya və sosial psixologiya kimi.
Psixoloq, insanlar günlük həyatlarında ən çox qarşılaşdıqları stress, əsəbilik, şəxsiyyət arası konfliktlər və çəkingənlik (ünsiyyətdən qaçma) və s. kimi narahatçılıqları olan normal insanlarla da psixoloji konsultasiya və psixoterapiya həyata keçirir.
Psixoloq deyildiyi zaman ağılınıza sadəcə "dəli” olmaq, "psixopat” olmaq gəlməsin. Psixoloq cəmiyyətdə bütün insanlar üçün professional və effektiv bir psixoloji yardım edə biləcək olan bir mütəxəssisdir. Psixoloq normal insanlar ilə məşğul olduğu kimi anormal insanlarla da məşğul olmaqdadır. Anormal-psixopatoji problem yaşayan pasiyentlər isə kliniki psixoloqların müalicə etdikləri xəstəliklər sahəsinə daxildirlər. Kliniki psixoloqlar adından anlaşıldığı üzrə ən çox klinikalarda fəaliyyət göstərirlər.

Psixiatr kimdir?
Psixiatr psixi xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan, tibb universitetini bitirmiş, rezidentura təhsili almış həkimdir. Psixiatr psixi pozuntuları dərman preparatları ilə müalicə edərək və xəstənin fiziyoloji simptomlarını azaltmaq ilə məşğul olur. Psixiatrın psixoloqdan ən böyük fərqi də elə burdadır.

Psixoloqa niyə getmirik ?
Cəmiyyətin təzyiqi fərdləri etməsi lazım olan davranışlardan uzaqlaşdırar. İlk olaraq niyə nə səbəbə psixoloqa getmirik sualını cavablandıraq. Düşünün psixoloqa getdiyinizi bilən bir yoldaşınız sizə "Sən dəlisənmi ?” deyə bilər. Amma insanın inkişaf etmiş ölkələrdə psixoloji dəstək almaq normal bir qrip üçün həkiminizə müraciət etməniz kimi bir şeydir. Cəmiyyətdə hər insanın bir dəfə psixoloqa getməsi lazımdır. Problem artmağa başlayınca deyil, problem daha özünü böyük ölçüdə göstərmədən kömək alınmalıdır. Çünki unudulmamalıdır ki psixoloqa getmədiyiniz hər dəqiqə problemləriniz artacaq. Yaxşı bir araşdırmaya görə insanların niyə psixoloqa getmədikləri və ya digər inkişaf etmiş ölkələrə nisbətlə çox az getdikləri araşdırılmışdır. Nəticələndirər bu şəkildədir :

Psixoloq və ya Psixiatra gedə bilməmənizin ən əhəmiyyətli səbəbi nədir?
Məsləhətləşmə ödənişləri çox yüksək (maddi və iqtisadi səbəblər)
Kimə gedəcəyimi bilmirəm
Onlara güvənə bilmirəm
Damğalanmaqdan qorxuram
Yaşadığımız yerdə yox (Mentalitet (mədəniyyət) fərqliliyi)
Psixoloqa ehtiyac duymuram

Müəllif: Gültən
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri