İntihar nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 916
Səs ver:
(səs: 1)
Ölüm, bioloji reallıqdır. Bu həyatda heç nəyə bu qədər əmin deyilik. O bir gün mütləq bizimdir. Bəs niyə bəzən onun tezləşməsi üçün vasitələr axtarırıq? Heç nəyi həyatımız qədər sevmədiyimiz halda, nəyə görəsə onu yarıda kəsmək qərarına gəlirik?

Gənc və yeniyetmələrdə intihara cəhd çox zaman şantaj və qorxutmaq xarakteri daşıyır. Gənc bu yolla öz istədiyini həyata keçirmək məqsədi güdür. İnsanlar intihar qərarına gəlirlər, lakin ölüm acısı hiss etdikləri an peşman olurlar, geri çəkilmək istəyirlər. Binanın damından atılmaq istəyən insan, gözləməyə başlayır, dərhal addım atmır, sanki "Kömək edin, ölmək istəmirəm” deyir.

Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur.

Aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.

İntihar planlayan insanlar ətrafdakılara müəyyən mesajlar verməyə başlayırlar, gizlincə kömək istəyirlər. Ölümə doğru gedən biri, məsələn, artıq müəyyən miqdarda həb qəbul etmiş insan, Tanrıya üz tutur, ondan kömək istəyir. Bir sözlə xilas olmaq istəyir.

intiharMaraqlıdır ki, orta yaşlarda intihara meyl daha güclənir. 40 yaşda insanda qəribəliklər meydana çıxır. Həyata yanaşmada dəyişikliklər yaranır. İnsan həyatı yarı etdiyini düşünür, uğursuzluqlarını göz önünüdən keçirir. Əgər nəticələr onu çox sıxırsa, lazımsız olduğunu düşünür, depressiyaya düşür və intiharı düşünməyə başlayır.

Bəzi insanlar isə daim özünü öldürəcəyini deyir, amma etmir. Bir rola girir və çıxa bilmir bu roldan. Artıq ətrafdakılar da onu ciddi qəbul etmir.

İntiharı çox  zaman cahilliklə bağlayırlar. Amma dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub.

* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.

*  Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini yəqin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O yaxalanmamaq üçün ağzından atəş açaraq özünü öldürüb.

*  Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

*  Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.

*  Sergey Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın "Anqleter” otelində Yesenin özünü asaraq intihar etmişdir. Yesenin öz dövrünün ən böyük və səmimi şairi idi.

*  İstedadlı rəssam Van Qoq – "Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. İçkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.

*  İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib.

*  1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

1604405_525809487517797_85048588_nDemək ki, intiharın səbəbi müxtəlif ola bilər. İnsan ya hər şeydən xəbərsizkən, ya da çox şeydən xəbərdarkən intiharı seçir.

Mən isə istənilən halda intiharın səbəbini insanın yalnızlığında görürəm. İntihara qərar verən insanı qınamaq ən asan variantdır. Lakin nəzərə almaq lazımdır ki, bu addımı atan insanın ruhi vəziyyəti yerində olmur, düşüncələri bulanıq şəkildə olur. Əgər, hələki, aydın düşünə biliriksə, ətrafımızdakı içinə çəkilmiş insanlara yaxınlaşaq, onlara bəzən bir söz belə bəs edir, yaşamaqçün.

Müəllif: Psixoloq Rübabə
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri