İnsan aynada

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 381
Səs ver:
(səs: 3)
Güvən duyğusu cəmiyyətə necə təsir edir?
Yemək, yatmaq kimi həyatımızı davam etdirməmizə köməkçi olan ən fundamental ehtiyaclardan biridir güvən duyğusu. Digər insanlarla ünsiyyət qura bilmək və bu həyatı paylaşa bilmək üçün ən böyük köməkçimizdir. Bir başqasına güvənə bilməmizin təməlləri; uşaqlıqda, ailə içərisində aldığımız təsirlərə dayanır.

Etibarsızlıq isə  küsəyənlik, qısqanclıq və şübhə daşıyan, mənfi və ünsiyyəti zədələyici bir duyğu halıdır. Uşağın ailədə güvən görməməsi ətrafıyla sağlam və balanslı əlaqələr qura bilməməsinə, cəmiyyət içərisində digər fərdlərə və özünə güvənə bilməməsinə səbəb olar. Güvənin təməlləri uşaqkən atılar dedik , eyni zamanda etibarsızlığın da elə…

Bəs, müəyyən bir dinə, mədəniyyətə, millətə bağlı böyümüş və o birini yadırğamış bir uşaq, inkişaf etmiş bir ölkədə, şəhərdə küçəyə çıxınca nə yaşar? Bu uşaq ona yürüdülənlərə güvənmiş və qəbul etmişdir, onunçun doğrular beyninə yürüdülənlərdən ibarətdir.  Həddindən artıq güvən duyğusu inkişaf etdirmə və ya həddindən artıq etibarsızlıq duyğusu insanın cəmiyyətlə olan münasibətində problemlərə səbəb ola bilər.

Həddindən artıq güvən duyğusu bağlılıq  gətirər
Həddindən artıq güvənmə səni cəmiyyətdən ayıran yalançı bir güvən vəziyyəti ortaya çıxara bilər. Həyat bu qədər qarışıq və anlaşılmaz ikən özünə həddindən artıq güvənmək çox həqiqi olmayacaq. Bu vəziyyətin nəticəsində digərini xor görmə, bəyənməmə, öz doğrularını mütləq bir şəkildə müdafiə etmə kimi hallara səbəb ola bilər və sonunda fərqli olanı qəbul etməmək, özünə bənzəməyəni qaralamaq və dışlamaq kimi davranışlar bütün mənliyi örtəcək.

Cəmiyyət tərəfindən güvən duyğusunun sarsılması fərdlər arasındakı empati qurmaq və hörmətlə yanaşmaq kimi münasibətlərin sarsılmasına gətirib çıxarır. Halbuki, bir yerdə yaşamanın ən yaxşı yolu empati qurmaq və hörmət etməkdən keçməkdədir.

Yaxşı bir dinləyiciikmi?
İzdihamlar içərisində çox rast gəlinən hallardan biri insanların danışarkən qarşısındakını eşitmədən öz eşitmək istədiyi şeyləri söyləməsi, öz inandıqlarına inandırmağa çalışmasıdır. Adam bütün mühakimələrində öz bildiklərindən yola çıxmaqla birlikdə ünsiyyət qura bilmək üçün qarşısındakını dinləmə və anlama bacarıqlarını da davamlı inkişaf etdirməlidir.

Qütbləşmənin önünü necə ala bilərik?
Bir-biriylə əlaqəsi olmayan toplumlardan tutmuş, ictimailəşmiş və iç-içə keçmiş qruplara qədər, həm adamın öz mənliyini ortaya qoyması, həm də mühitdəki məlumat və təcrübələri mənimsəməyə çalışması fərdləri bir-birinə yaxınlaşdırır. Amma öz fərdi mənliyini ön planda tutub digər millətdən, dindən, ixtisasdan, cinsiyyətdən, sağlamlıq vəziyyətindən, fiziki xüsusiyyətlərindən və ağla gələn bütün ayırıcı xüsusiyyətlərdən fərdlərə biganə qalan, fərqli olanları bir bütünlük kimi deyil də ziddlik-düşmənlik kimi görən fərd, toplum içərisində yalnız olmağa davam edəcək deməkdir.  İnsan "mən kiməm, hansı mədəniyyətə aidəm, hansı cəmiyyətdə böyüdüm?” suallarının cavabını qəbulladıqdan sonra digər kimliklərə, mədəniyyətlərə məxsus insanları da anlaya biləcək, qəbullanacaqdır. Bu qəbullanmadan sonra insanoğlu fərqli təfəkkürə, mədəniyyətə sahib insanlarla eyni cəmiyyətdə rahat yaşaya biləcəkdir.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri