Cızma-qaralarımız haqqımızda nə deyir?

Müəllif: Nermin..
Şərhlər:
Baxılıb: 1800
Paylaş:
Səs ver:
(səs: 2)
Oxlar məqsədyönlülüyü, çiçəklər ailəcanlılığı bildirir-qrafoloqlar cızma-qaralarımızı belə şərh edirlər

Kimisə gözləyərkən, musiqiyə qulaq asarkən, yaxud əlimizdə qələm söhbət edərkən qeyri-ixtiyari olaraq, cızma-qaralar etməyə başlayırıq. Çəkmək üçün seçdiyimiz cızma-qaralar şəxsiyyətimizdən və əhvalımızdan xəbər verirmiş. Məsələn, harmoniya və sevgi ilə əhatələnməyi sevən emosional insanlar adətən dairəvi formada fiqurlar çəkirlər ( üz, gözlər, şar, saat, bulud, meyvə, gölməçə və s.)

"Biz adətən darıxanda və stress keçirəndə cızma-qaralar edirik”-Britaniya Qrafoloqlar İnstitutunun əlyazmalar üzrə tədqiqatçısı Rut Roston belə hesab edir. Onun fikrincə, məhz bu səbəbdən də nə çəkdiyimizin fərqində olmuruq.
Praktiki, realist insanlar düz xətlər və kvadrat çəkməyə meyillidirlər. Qərarlı insanlar üçbucaqlar, künc və ziqzaq işarələr, tərəddüdlü insanlar isə yüngül, alayarımçıq ştrixlər çəkməyi üstün tuturlar.

İri cızma-qaralar şəxsin özünəinamlı və ünsiyyətcil olduğunu, xırda cızma-qaralar daha sakit və müşahidə etməyi üstün tutan insan tipi olduğunu göstərir.

Sifət
İnsan sifəti cızma-qarası şəxsin əhval-ruhiyyəsinin xəbərçisidir. Komik sifət cizgilərinin çəkilməsi diqqət mərkəzində olmaq istəyindən irəli gəlir. Profildən çəkilən insan başı isə əsasən özünəqapalı insanların cızma-qaralarında rast gəlinir.

Şahmat lövhəsi
Ağ-qara şahmat lövhəsi səbr və dözümlülük nişanəsidir. Bu həmçinin əhval-ruhiyyəsi tez-tez dəyişən insanların sevimli cızma-qarasıdır.

Çiçəklər
Yumşaq, yumru ləçəkli çiçəklər insanın mehriban xarakterə malik olmasını və ailəsinə bağlı olmasını göstərir.
Bir dəstə canlı görünən çiçəklər çəkirsinizsə, bu sizin ünsiyyətcil xarakterinizdən xəbər verir.
Gül ləçəklərinin yana doğru əyilməsi narahatçılıq içərisində olmağınızdan irəli gəlir.

Tez-tez ürək fiqurları çəkməyiniz eşqə düşmənizdən xəbər verir.

Kəpənəklər
Uçan kəpənəklər, quşlar, arılar romantik xarakterin göstəricisidir və belə cızma-qaralar edən insanlar adətən çətin tapşırıqlardan, məsuliyyətli işlərdən kənar gəzirlər.

Qarışıq naxışlar
Qarışıq, qəliz naxışlar da insanın həddindən artıq özünə qapalı olduğunu göstərir.

Pilləkən və ya nərdivan
Məqsədyönlülük simvoludur. Sizin əlinizdə çox vacib, uzunmüddətli tapşırığı yerinə yetirdiyinizi göstərir. Pilləkənlər həmçinin daha xoşbəxt və daha rahat olmaq istəyinizin təcəssümüdür.

Ev
Ev rəsmi təhlükəsiz həyata ehtiyac duyduğunuza işarədir.

Oxlar
Qərarlı şəxslər, beynində hər hansı bir real məqsədi olan şəxslər qeyri-ixtiyari olaraq, öz hədəflərinə doğru yönələn oxlar cızma-qara edir.
Oxlar kəskin və künclüdürsə, bu hədəflərin çox əhəmiyyətli olduğunu göstərir.
Daha bəzəkli və kəskin olmayan oxlar isə mənəvi məsələlərlə, şəxsi işlərlə bağlı hədəflərə işarə edir.

Təyyarə
Təyyarələr və gəmilər qaçmaq, hər şeydən uzaqlaşmaq anlamı daşıyır.

Hörümçək toru
Bu, tələ qurmaq, kimisə şirnikləndirmək məqsədlərinin göstəricisi ola bilər.

Adlar və ya baş hərflər
Öz adını və ya adının baş hərfini tez-tez cızma-qara edənlər diqqət mərkəzində olmağı həddindən artıq çox sevirlər. Adətən yeniyetmələrin cızma-qaralarında bu çoxluq təşkil edir və onların ailə qanunlarından qaçmaq, öz istəklərinə görə hərəkət etmək istəklərindən irəli gəlir.

Qutu
Qutu rəsmləri isə şəxsin işgüzarlığından xəbər verir.

Ulduzlar
Ulduzlar da əsasən məqsədyönlü insanlar tərəfindən çəkilən cızma-qaralardır. Çoxlu xırda ulduz nikbinlik göstəricisidir. Bir böyük, qalın xətlərlə çəkilmiş ulduz qarşınızda qəti məqsədiniz olduğunu bildirir. Səliqəli çəkilmiş ulduz yaxşı əqli vəziyyəti və diqqəti göstərir , assimetrik çəkilmiş ulduz isə enerjili şəxsiyyət olduğunuza işarədir.
Kub formalı qutular çəkən insanlar adətən çox bacarıqlı, analitik düşüncəyə malik, çətin vəziyyətlərin öhdəsindən rahatlıqla gələn insanlardır.

Ziqzaqlar
Çox tez-tez rast gəlinən ziqzaq cızma-qaraları şəxsin incə, romantik, qadınsal xarakterindən xəbər verir.

Çubuq fiquru
Əsasən həyatda uğur qazanmış şəxslər tərəfindən çəkilən bu cızma-qara onların öz emosiyalarını gizlətmək və diqqəti başlıca olaraq, öz məqsədlərinə yönəltmək xüsusiyyətlərindən irəli gəlir.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1800
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv