Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 760
Səs ver:
(səs: 1)
İdman edin, stresdən uzaq olmağa çalışın və həddindən artıq iş yükündən qaçın.
6 aydan uzun müddətdir ki davam edən yorğunluqdan əziyyət çəkirsiniz? Axşamlar tez yatırsınız, amma yenə də səhərlər çox yorğun oyanırsınız? Diqqətinizi heç cür toplaya bilmədiyiniz və depressiv olduğunuz üçün iş həyatında problemlərmi yaşayırsınız? Lazımi enerjini tapa bilmədiyiniz üçün bir müddətdir sosial həyatınızdan uzaqmı qalırsınız? Cavabınız "bəli”dirsə, diqqətli olun, bu problemlərinizin altında yatan səbəb son zamanlardakı yorucu iş rejiminiz deyil, "Xroniki yorğunluq” sindromu ola bilər. Adətən yorucu iş rejiminə sahib olanlar, mükəmməliyyətçi insanlar, yüksək vəzifəli idarəçilərdə görülən xroniki yorğunluq sindromu, sadəcə azacıq yorğunluq və istəksizlik kimi əlamətlərlə ortaya çıxa biləcəyi kimi, iş həyatındakı verimdə ciddi dərəcədə eniş və sosial həyatdan qopma kimi problemlərə yol aça biləcək qədər şiddətli seyr edir. Hətta insanı günlük fəaliyyətlərini belə edə bilməyəcək səviyyədə baxıma möhtac hala belə gətirə bilər. Zənn edilənin əksinə sindrom istirahət etməklə keçmir. Bu sindromdan qurtulmağın ən təsirli yolları arasında isə davamlı şəkildə idman etmək, streslə mübarizə aparma üsullarını bilmək və ağır iş yükünü yüngülləşdirmək var.
Xroniki yorğunluğun hədəfi adətən qadınlardır. Günümüzün geniş yayılmış xəstəliyi olan xroniki yorğunluq sindromu, 6 aydan uzun müddət davam edən, boğaz, əzələ, oynaq ağrısı, ürəkbulanma və diqqətdə yayınma kimi halları da özündə göstərən, davamlı və təkrarlayıcı olması ilə yanaşı, bir çox sistemi tutan bir xəstəlikdir. Üstəlik buna depressiya da qoşula bilir. Yaranma səbəbi bilinməyən bu sindromun biolojimi, yoxsa psixoloji bir xəstəlikmi olduğu hələ də müzakirə mövzusudur. Bu sindromun 30-50 yaş qrupunda, xüsusilə qadınlarda görüldüyünə işarə edən psixoloqlar bu faizin yüzdə 70-ə yaxın olduğunu bildirir.
Fiziki, ruhi və zehni əlamətlər ilə ortaya çıxan xroniki yorğunluq sindromuna aşağıdakı əlamətlər də qoşulursa, diqqət edin, sizdə xroniki yorğunluq sindromu ola bilər!
- Diqqət yayınması və unutqanlıq
- Əzələ ağrısı
- Boğaz ağrısı
- Oynaq ağrısı
- Uzun müddət davam edən yuxu pozğunluqları
- İdmandan sonra halsızlıq
- Enerji itkisi
- Ürəkbulanma
- Özünə, işinə və həyata qarşı neqativ düşüncələr, hüzursuzluq
- Depressiya

Enerjinizi geri qazanmağın üsulları:

- İş və şəxsi həyatınızda yeni strategiyalar müəyyən edin. İş yerində komanda işi aparın, öyrənmə xarakterli işlərə qoşulun.
- Stress səbəblərinizi tanıyın, bu səbəbləri idarə edin və sizi idarə etməsinə icazə verməyin.
- Fəaliyyət gündəliyi yaradın. Gündəliklər çox az və ya çox işlədiyinizi anlamağınıza, bu sayədə də davamlı və həqiqi hədəflər müəyyən edib, tətbiq etməyinizə köməkçi olacaqdır. Hədəfləri asandan başlayaraq artırın. Dincəlməyə ayırdığınız vaxtınızı gedərək azaldıb, hədəflərinizi kiçik hissələr halına gətirərək günə, daha sonra həftələrə bölə bilərsiniz.
- İş mühitinizi yenidən tərtib edin. Yəni həddindən artıq iş yükündən qaçın, işlər arasında dəstək və sosial əlaqələrinizi artırın, üzərinizə götürdüyünüz məsuliyyətinizi azaltmağa çalışın.
- Yuxu rejiminizə diqqət edin. Gün ortasında yatmamağa çalışın.
- Əzələlərinizi açıcı idman hərəkətləri edin.
- Bol vitaminli və minerallı qidalar qəbul etməyə çalışın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri