Mövsümi depressiya və əlamətləri"
href="/psixologiya-7/movsumi-depressiya-ve-elametleri-90">Depressiya
həyatımızın bir çox sahələrində üzləşə biləcəyimiz ciddi problemdir.
Sosial həyatımızı, münasibətlərimizi, karyeramızı, məqsədlərimizi, həfəd
və özünə dəyər duyğularımızı təsiri altına ala bilir. Xüsusilə də
qadınlar üçün depressiya daha yayğındır. Aparılan araşdırmalar göstərir
ki, hər səkkiz qadından biri həyatı boyunca bir nöqtədə depressiya
yaşayacaqdır.
Əgər özünüzü bədbəxt, günahkar, bitkin,
sıxıntılı hiss edirsinizsə, major depressiyadan əziyyət çəkirsiniz
deməkdir. Lakin, yaxşı xəbər odur ki: depressiya müalicə oluna bilən
problemdir. Və depressiyanın qadınlar üzərindəki təsiri, yarada biləcəyi
problemlərin fərqinə varmağı, bu problemlə daha yaxşı mübarizə apa
bilməyi əhatəsində yardımçı olmaq mümkündür.
Depressiyanın
simptomları qadınlara və kişilərə görə eyni olsa da, bəzi simptomlar
sırf qadınlara məxsus yaşanılır. Hətta bu simptomlara gözlənilənin əks
forması kimi də rast gəlinir, məsələn: gözlənilən az yatmaq, az yemək, arıqlamaq
əlamətlərinin əksinə, bəzi qadınlarda hədsiz yuxu, çox yemək (xüsusilə
karbohidratlar) və şişmanlama kimi hallar müşahidə olunur.
Qadınlarda və kişilərdə depressiyanın təzahür fərqləri:
Qadınlarda
1. Özünü günahlandırma
2. İntensiv kədər hissi
3. Özlərini çarəsiz və köməksiz hissi
4. Daha çox yatmaq, yuxululuq
5. İştah və çəki artması
6. Daha çox intihara təşəbbüs
7. Qayğı və qorxu hissinin artması
8. Dəyərsizlik hissi
9. Özgüvən əksikliyi
Kişilərdə
1. Başqalarını günahlandırma
2. Alkoqol istifadəsində artma
3. İştah və çəkidə azalma
4. Yuxu azalır
5. Daha aqressiv olma
6. Ölümlə nəticələnən intihar təşəbbüsləri
7. Daha çox riskə girmə
8. Emosional idarəni itirmə
9. Ani əsəb reaksiyalarında artış