Utancaqlıq bir çox insanda rast gəlinən davranışlardandır. Belə insanlar
bu problemi öz içlərində həll etməyə çalışırlar, ancaq çox vaxt uğurlu
nəticə əldə etmirlər. Hətta bunu qəbul edib həyatlarına belə davam
edənlər də var. Ancaq utancaqlığı arxada qoyub öz potensialınızı kəşf
etməyin yolları var. Biz sizin üçün bu yolları tapıb yazmışıq.
Utancaqlıqdan qurtulmaq üçün əsas diqqət etməli olduğunuz məqam hansı
mövzularda utancaq olduğunuzu bilmənizdir. Bəzi insanlar ümumiyyətlə
utancaqdırlar, bəziləri ancaq iş görüşlərində, ictimaiyyətə xitab
edilməsi hallarında, bəziləri isə sevgi münasibətlərində.
Utancaqlığı bir yaşam tərzinə çevirənlərin ən böyük problemi digər
insanların mükəmməl olduğuna inanmalarıdır. Halbuki heç kim sizdən
qabaqda və ya geridə deyil. Sizin də yaxşı bacardığınız işlər, və idarə
etdiyiniz bir həyatınız var. Bunları bilmək özünüzə inamınızın olması
üçün çox lazımlıdır.
Bəzən utancaqlığımızı bədən diliamiz ilə də göstəririk, qarşı tərəf
bəzi hərəkətlərimiz ilə özümüzə inanmadığımızı hiss eləyir. Buna görə də
utancaq olduğumuzu göstərən bədən hərəkətlərini etməməli, həmişə
üzümüzdə səmimi bir təbəssüm olmalı və danışarkən dik durmalıyıq.
Müxtəlif hobbilər, idmanlar və başqa fərqli maraq dairələri ilə
məşğul olmaq da insanların özünə inamını artırır və həmçinin yeni
tanışlar, dostlar tapmağına şərait yaradır. Özünüzü rahat hiss
edəcəyiniz mühitlərdə olub, xoşladığınız şeyləri etsəniz,
utancaqlığınızın bir müddət sonra aradan qalxdığını görəcəksiniz.
Başqa insanların mükəmməl olduqlarınıdüşünmək və öz bacarıqlarınızı
onların bacarıqlarıyla müqayisə etmək də utancaqlığın əsas səbəblərindən
biridir. Lakin hər insanın özünəxas bacarığı olduğunu və bu
bacarıqlarıın heç birinin digərindən daha üstün olmadığını yadda
saxlayın.