Depressiya beyin həcmini kiçildir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 710
Səs ver:
(səs: 4)
Aparılan araşdırmalara görə miqren və depressiya beyni balacalaşdırır. 

ABŞ-da aparılan araşdırma, miqren və depressiyadan şikayət edən insanların beyin həcminin kiçik olduğunu araşdırıb. Araşdırmanın nəticələrinə görə, iki problemdən əziyyət çəkənlərin beyni digər ilə müqayisədə 19.2 mm daha kiçikdir. 

Maryland əyalətində Beynəlxalq Yaşlanma İnstitutunun professoru Larus Gudmundssonun qrupu ilə birlikdə apardığı araşdırmada öyrəniblər ki, hər iki xəstəlikdən əziyyət çəkən insanlar fərqli müalicə üsulu almalıdır. 

Araşdırma qrupu 1967 və 1991-ci illər arasında miqreni olan və olmayan, təxminən 51 yaşında 4 min 300 adamın sağlamlığı haqqında məlumat toplayıb. 2006-ci ildə yaşı 76 olan eyni insanların depressiya dərəcələri öyrənilib və MRİ (manyetik rezonans görüntü) beyinləri yoxlanılıb. Araşdırmaya qatılan 37 insanda həm miqren, həm də depressiya müşahidə olunub. Ancaq birindən əziyyət çəkənlərin beyin ölçüsündə heç bir fərq görülməyib. Hər ikisindən əziyyət çəkənlərdə isə beyin iltihablanması baş verir. Genetik xüsusiyyətlər, sosial və ekonomik faktorları da beyin həcminə təsir edir. 

Araşdırma qrupu neçə yaşında miqrenə və depressiyaya tutulmağın da beyin həcminin zamanla dəyişdiyinə təsir etdiyini bildirib.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri