Həm
söhbətinizin nə danışmasından asılı olmayaraq, onun mimika və,
jestlərinə, bədən hərəkətlərinə nəzər yetirin. "Body language” - bədən
hərəkətləri ilə danışıq dilidir. Bu dil insanın həqiqi hiss və
fikirlərini ortaya qoyur. Həmsöhbətinizin hətta gülüş və təbəssümü də
çox şeydən xəbər verə bilər.
Əgər
həmsöhbətiniz gülərkən ağzını əli ilə tutarsa, bu onun ürəksiz
gülməsindən və özünə inamsızlığından xəbər verir. Bu tip insanlar
ətrafdakılara açıq olmur və hamı üçün qapalı qalmağa üstünlük verirlər.
Adətən utancaq olurlar. Yox, əgər həmsöhbətiniz ağzını geniş açaraq
bərkdən gülərsə o, temperamentli insanlar qrupuna aiddir. Bu insanlar
özləri danışıb, başqasına qulaq asmağı sevməyənlərdir. Onlara bir az
sadəlik və təmkinlik mane olmazdı.
Gülərkən
başını dala atan insanlar geniş ürəkli, sadəlövh və hər şeyə inanan
olur. Bu insanlar öz hissləri altında tez-tez gözlənilməz hərəkətlər
edir.
İnsanın
gülərkən burnunu qırışdırması onun mühafizəkar ruhundan xəbər verir.
Onların hiss və fikirləri tez-tez dəyişir. Siz onu yola gətirsəniz, bu
tipə məxsus olan insan öz fikrində çox qalmayacaq. Bu tipli insanlar
emosional və ərköyündürlər. Dərhal əhval-ruhiyyələri dəyişir.
Gülərkən gözlərini qıyılması qətiyyətdən xəbər verir. Bu insanlar iti ağlı ilə seçilir. Lakin çox inadkar olurlar.