21-ci
əsrdə hələ şiddət görən bir çox qadın var. Qadınlara istiqamətli
şiddət, məşhur olan fiziki şiddətlə məhdud deyil. Qadınlara tətbiq
olunan psixiloji və mənəvi , hətta iqtisadi şiddət də eyni şəkildə qadın
psixologiyasına mənfi təsir edir. Dəyişmə psixoloji məsləhət
Mərkəzindən Psixoloq Ayşe Yanık Knudsen yaşanan şiddətin ölçülərinə və
təsirlərinə diqqət çəkir;
Psixoloji şiddət nədir?
"Ailə
daxili şiddət deyildiyi zaman, qadının aldiği zərbə düşünülür. Halbuki
şiddət yalnız fiziki döyülmə ilə deyil,psixoloji və mənəvi şiddət olaraq
da ciddi bir problem olaraq qarşımıza çıxır. Yüksək səslə qışqırmaq,
iynələyici sözlər söyləmək, özünü pis hiss etdirən söz və cümlələrdən
istifadə etmək psixoloji və mənəvi şiddət olaraq təyin olunur. Psixoloji
şiddət, hər şeydən əvvəl qadınların, onun özünə inamını yox etməyi
məqsəd qoyan çox təsirli bir hücum vasitəsi olaraq istifadə edilir.
Ancaq çox təəssüf ki, qadınlarımızın çoxu psixoloji və mənəvi şiddətə
məruz qaldıqlarıyla üzləşmək belə istəmirlər "
Psixiloji və mənəvi şiddət özünü çətin hiss etdirir
"Hər
evlilikdə və əlaqədə mübahisələr olar, ancaq hər mübahisənin bir həddi,
sərhədi və ölçüsü olmalıdır. Bu mübahisələr qışqırıb, təhqir ölçüsünə
çatdığı zaman psixoloji və mənəvi şiddət başlayır. Əvvəllər kiçik
mübahisələrlə başlayan anlaşılmazlıqlar, zaman içində döyüşlərə
çevrilərkən, kişinin həyat yoldaşına ya da sevgilisinə qışqırması,
qürurunu incitməsi, özü kimi düşünüb davranmağa məcbur etməsi psixoloji
və mənəvi şiddətin başlanğıcını təşkil edir. Başlanğıcda qadın
zorakılığa məruz qaldığını düşünməzkən, əlaqənin içində passiv və ürkək
bir mövqeyə gəlir. Birdən birə özündən çıxan və qışqırmağa başlayan
yoldaşını daha da əsəbləşdirməmək üçün susmağı seçir. "İqtisadi asılılıq
qarşı çıxmağa maneə törədir
"Şiddətə
məruz qalan hər üç qadından ikisinə, eyni zamanda iqtisadi şiddət də
tətbiq olunur. Qadının işinə icazə verməyib və ya maddi imkanı daha
geniş olduğu halda, qadına çox məhdud pul vermək, çalışan qadının
qazandığı pulun hamısını əlindən almaq, evlə əlaqədar bütün maddi
məlumatları yoldaşından saxlamaq, mal və mülklərin yalnız öz üzərində
olmasını təmin etmək kimi davranışları iqtisadi zorakılığın üsulları
olaraq saya bilərik. "
Şiddət tətbiq edən kişi xasiyyəti
"Hər
cür şiddət idarə məqsədlidir. Çox təəssüf ki insanın təhsil səviyyəsi,
sosial statusu, iqtisadi səviyyəsi və daha başqa faktorlar bu tipdəki
davranışların qarşısını almağa kifayət etmir. Müxtəlif qaynaqlar şiddət
tətbiq edən kişilərin hamısını "normal şəkildə davranan kişilər" olaraq
qəbul edir. Əksəriyyətlə qadınlar şiddət tətbiq edən ərlərini "çöldə
mələk" olduqlarını görürlər. "
Mənəvi
şiddət tətbiq edən insanların əksəriyyətində kompleksləri vardır. Bunun
altında yatan səbəblər uşaqlığa da əsaslanır. Fərqində varmasa da,
uşaqkən yaşadığımız və öyrəndiyimiz davranış formaları, böyüdüyümüzdə
bütün həyatımızın içinə yayılar. Adam, öz ailəsində bu tərz davranışları
müşahidə etmiş bir uşaqlıq keçirmişsə, şüuraltında mütləq ana və ya
atasının rəftarını nümunə alacaq.
Şiddət psixoloji sağlamlığına mənfi təsir edir
"Yoldaşların
və ya qarşı cinsdən hər hansı biri tərəfindən şiddətə uğrayan qadınlar,
psixoloji baxımdan problemlər yaşayır. Şiddətə məruz qalan qadınlarda,
hər mərhələdə qorxu, ürkəklik, səssizlik və utancaqlıq, yuxusuzluq,
əldən düşmüşlük, səslərə qarşı həddindən artıq reaksiya, baş
gicəllənməsi, ayaq üstə dayana bilməmək, unutqanlıq, diksinmə, hirs
partlamaları, həddindən artıq yorğunluq, ümidsizlik, tez-tez ağlama
böhranları, təklik hissinə qapılma, həyata, özünə qarşı inamsızlıq və
ümidsizlik görürük. "
"Sağlam
bir əlaqədə nə fiziki, nə də psixoloji şiddətin yeri yoxdur. Əgər
yoldaşınızda və ya sevgilinizdə, bu davranış pozğunluqları varsa, səs
çıxarmamağı deyil, çıxarmağı seçməlisiniz. Əgər yoldaşınızın necə olur
da sizə belə davrandığı mövzusunda düşünürsünüzsə, bunun cavabı əslində
siz sevgi əsaslı bir əlaqə yaşamağa çalışır olsanız da nəzarət əsaslı
bir əlaqə yaşadığınız həqiqətidir. Psixoloji şiddətdə olan tərəf öz
lazımsızlığı ilə əlaqədar duyğuları ilə boğuşduğu üçün və əlaqənizi
sizin üzərinizdən fərdi bir güc hissi yaratmaq üçün istifadə edə bilər.
Qorxu sevgi mərkəzli bir əlaqənin parçası deyil. Əgər bu tərz bir əlaqə
yaşayırsınızsa və ya belə bir əlaqənin içindən çıxsanız mütləq psixoloji
şiddətin öhdəsindən gəlmə mövzusunda mütəxəssisdən kömək ala
bilərsiniz. Bu şəkildə yenidən özünüzü güclü hiss etməyi, özünüzə
inanmağı və həqiqətən istədiyiniz həyatı və əlaqəni yaşamağı seçə
bilərsiniz. "