Stresslə başa çıxma üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2640
Səs ver:
(səs: 1)
Yaşıl çay için
5 dəqiqədə stressdən azad olmağın və narahatlığınızı məğlub etməyin ən asan yolu yaşıl çay içməkdir. L-Theanine tərkibli yaşıl çayın hər bir qurtumu sizi sakitləşdirəcək və stressdən qurtulmağınızı təmin edəcəkdir.
 
Şokolad yeyin
Şokoladın stressi azaldan təsirini gözardı etməyin.
 
Meditasiya edin
Səssiz bir yer tapın və fikrinizi nəfəsinizə cəmləyin. Bir neçə dəqiqə ərzində mənfi enerjidən xilas olacaqsınız.
 
Ev heyvanınızla oynayın
Stresslə başa çıxmaqda hər zaman işə yarayan bir üsul - ev heyvanınıza sarılmaq imkanı hər kəsin ilk etməsi lazım olan şeydir. Ev dostunuzu görmək də sizi rahatladar və gülümsəmənizi təmin edər.
 
Dostlarınızla danışın
Stressli, kədərli olduğunuz anlarda dostlarınızla danışmaq sizi rahatladar. Hər şeyi içinizdə tutmayın, mütləq bir dostunuzla bölüşün.
 
Biləklərinizi soyudun
Stressli anlarınızda biləklərinizi və qulaq arxanızı soyuq su ilə islatmaq sizə yaxşı təsir edəcək. Çünki, bu bölgələrdə yerləşən mühüm arteriyalar bütün bədənin rahatlamasını təmin edirlər. Ən yaxşı üsul biləklərinizdə buz parçaları gəzdirməkdir.
 
Saçlarınızı darayın
Təkrar edilən hərəkətlər ilə əsəblərinizi sakitləşdirə bilərsiniz. Saç daramaq, hörük hörmək, qab-qacaq yumaq kimi şeylər sizi rahatladar.
 
Pəncərədən çölə baxın
Bu üsulun təsirlərini dərhal görə bilərsiniz. Pəncərədən çölə baxın və çölün gözəlliklərinə diqqət yetirin. Bu sizi rahatlacaq və əhvalınızı yüksəldəcək.
 
Ətrafı toplayın
Özünüzü gərgin hiss etdiyiniz anlarda ətrafı toplamaq sizi rahatladar.
 
Başınızı yastığa qoyun
Rahatlamaq üçün hökmən yatmağa ehtiyac yoxdur. Başınızı yastığa qoymaq da yetərli olacaq. Yastığınızın sinir və stressi götürən sehrli bir bulud olduğunu xəyal edin və eləcə durun.
 
Doğru nəfəs alın
Bir çox insan stresli anlarda nəfəsinin dəyişdiyini hiss etməz. Dərin, yavaş-yavaş nəfəs alıb vermək bədəninizə və beyninizə nəzarət etməyinizi təmin edəcək, ürək döyüntülərinizi və təzyiqinizi aşağı salaraq sizi rahatlaşdıracaq.
 
Biraz bal yeyin
Bal yemək həm şirin ehtiyacınızı qarşılayar, həm də stress və narahatlığınızı azaldar. Balın tərkibindəki antibiotik beyindəki inflamasiyanı azaldır və stress ilə mübarizə edir.
 
Rəqs edin
Rəqs etmək stress və narahatlığınızı götürəcək ən sürətli üsullardan biridir. Rəqsin stressə yaxşı təsir etdiyi tədqiqatlarda sübut olunmuşdur.
 
Qəhvə iyləyin
Qəhvənin ətri stress hormonlarının yatırılmasını təmin edir.
 
Saqqız çeynəyin
Saqqız çeynəmək kortisol səviyyələrini salır və stressi götürür.
 
Əsnəyin
Bədəninizi əsnətmək əzələləri rahatlaşdırır və özünüzü rahatlamış hiss etməyinizi təmin edir.
 
Yoqa edin
Yoqa etməyin stresslə başa çıxmağı təmin etdiyi hər kəs tərəfindən bilinir. Yoqa etməyi sınamaq yaxşı bir seçim olacaq.
 
Bir neçə dəqiqə qaçın
Fiziki olaraq aktiv olmaq stressi məğlub etmənizi təmin edər. Bir neçə dəqiqə qaçmaq isə stress və narahatlığınızı tez götürə biləcək bir üsuldur. Qaçmaq endorfin ifrazını təmin edir və bu sayədə özünüzü daha yaxşı hiss edərsiniz.
 
Ən sevdiyiniz mahnını dinləyin
Ən sevdiyiniz mahnını dinləmək rahatlanmanızı təmin edər və özünüzü daha yaxşı hiss edərsiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri