İngiltərədə
50 yaşdan yuxarı insanlara sığorta xidməti təklif edən bir şirkətin iki
min nəfər arasında keçirdiyi sorğuda maraqlı nəticələr ortaya çıxıb.
Sorğuda iştirak edən hər on nəfərdən səkkizi "Hamı hiss etdiyi yaşdadır” desə də, psixoloqlar verilən cavablar əsasında qocalmağa başlayanların 50 ortaq əlamətini müəyyən edə bilib.
Həmin 50 əlamətlə tanış olmağa necə baxırsınız? Bəlkə siz də qocalmaq üzrəsiniz?
- Bədəninizin hansısa yerinin tez-tez tutulması
- Əyiləndə ağrımaq
- "Mən cavan olanda belə deyildi” demək
- Saçların tökülməyi
- "Bizim vaxtımızda…” ilə başlayan cümlələr qurmaq
- Tez-tez küsmək
- Radioların Top-10 siyahısındakı heç bir mahnını bilməmək
- Səs-küyə əsəbiləşmək
- Oynaqların ağrımağından şikayətlənmək
- Qulaqların, burnun tüklənməyə başlaması
- İnsanların adını yaddan çıxarmaq
- Polisə, həkimlərə, müəllimlərə "dünənin uşağı” kimi baxmaq
- Televizorun qabağında yuxulamaq
- Günorta yuxusuna ehtiyac hiss etmək
- Gənclərin nədən danışdığını başa düşməmək
- Texnoloji alətlərin istifadəsində çətinlik çəkmək