Tez hirslənib özündən çıxmaq hər kəs üçün bir problem ola bilər. Ancaq
bu problem diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) olan
insanlarda daha çox yaşanır. DÇHS-li şəxslər daha həssas olduqları üçün
bəzi şeylərə həddindən artıq reaksiya verə bilər. Bunun nəticəsində
həyatın bütün sahələrində sinir sistemləri qurduqları əlaqələrə təsir
edə biləcək xroniki vəziyyətə gələ bilər.
DÇHS-li şəxslər həyatın hər sahəsində qarşılarına çıxa biləcək kiçik
incikliklərdən, hətta kimsə tərəfindən rədd edilməkdən və tənqiddən
asanlıqla təsirlənir, bu da həddindən artıq sərt reaksiya vermələrinə
səbəb olur. Tez və asanlıqla kədərlənə bilən və depressiv ruh halına
girən DÇHS-li şəxslər üçün əsəbilik qarşısını ala bilməyəcəyimiz ciddi
nəticələr doğura bilər. Əsəbi nəzarət altına ala bilməmək ictimai və
sosial həyatda qurulan əlaqələrə mənfi təsir edir, adamın özünə inamını
azaldır və bu səbələr insanları tənhalığa, tək yaşamağa sürükləyir.
Hər insan əsəbləşə bilər, problem əsəbdə deyil, insanın onu ifadə
etmə şəklindədir. DÇHS-li şəxslər bu problemi olmayan şəxslərdən fərqli
olaraq, hansısa bir qərara gəlmək üçün kifayət qədər uzun müddət sərf
edirlər. Belə olduqda kənardakılar onları məsuliyyətsiz, uşaq kimi görür
və başqaları tərəfindən tənqid olunmalarına səbəb olurlar.Türkiyədə bu
xəstəliklə mübarizə aparmaq üçün diqqət çatışmazlığı üzrə mütəxəssis
S.Tana Alalu və Eda Aydoğan tərəfindən diqqət çatışmazlığı və hiperaktiv
sindromu akademiyası açılıb. Bu akademiya reaksiyaların sağlam verilə
bilməsi istiqamətində DÇHS-li şəxslərə kömək edir.
Akademiya belə narahatlığı olan şəxslərin ətrafdakılara və hadisələrə
necə reaksiya verdiklərini izləyir, daxil dünyalarında hiss etdikləri
əsəbiliyi, utancaq hallarını görmələrini təmin edir. Sonrakı mərhələdə
hisslərini doğru sözlərlə açıqlamaq və qəzəbin, əsəbiliyin öhdəsindən
gəlmək bacarıqlarını inkişaf etdirmək üzərində çalışırlar. Ən
əhəmiyyətlisi isə, bunları edərkən beyindəki bioloji vəziyyətin ani əsəb
partlamasına səbəb olduğunu aşkar ediblər. DÇHS-li şəxslər öz
əsəblərinə qalib gəldiyi andan özlərinə və ətrafdakılara qarşı
dünyagörüşlərini müsbət istiqamətdə inkişaf etdirirlər.
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu akademiyası yalnız yetkin
insanların deyil, bütün DÇHS-li şəxslərin narahatlıqlarının öhdəsində
gəlməsinə və normal həyat tərzi keçirməsinə kömək edir. Bu akademiyada
psixoloqlar, psixoterapevtlər və xüsusi təhsil almış mütəxəssislər
birlikdə DÇHS-li şəxslərə yardım edirlər.