Bizdən möhkəm yapışan qorxular

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 588
Səs ver:
(səs: 1)
Qorxu dedikdə "Vampir" nəzərdə tutulmur. Ya da ki, qapının arxasından kimsə çıxıb "böö" edəcək anlamına gəlmir. Son zamanlar qorxu barədə çox düşünürəm və bəzi nüanslar var ki, istəsəm də özümdən uzaq edə bilmirəm. Ətrafımdakı insanlarada fikir verirəm. Onlarda da bu hiss var və onlar da mənim kimi...
1. İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur.
2. Özünü sevilməyə layiq görmədiyi üçün sevilməkdən qorxur.
3. Düşünməkdən qorxur, məsuliyyət götürəcəyi üçün.
4. Danışmaqdan qorxur, söz altında qalacağı və əlləşdiriləcəyi üçün.
5. Duyğularını ifadə etməkdən qorxur, qəlbində rədd ediləcəyi qorxusu olduğu üçün.
6. Qocalmaqdan qorxur, cavanlığının qədrini bilmədiyi üçün.
7. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün.
8. Evlənməkdən qorxur, çiyinləri yükü qaldıra bilməyəcəyi qorxusu olduğu üçün.
9. Övlad dünyaya gətirmək qorxusu. Yaxşı gələcək verə bilməyəcəyi qorxusu.
10. Və sonda ölüm qorxusu var ki, əslində yaşamağı bilmədiyi üçün.
Bilmirəm hislərimi necə ifadə etdim, amma çalışaq qorxmayaq. Çünki həyatda qorxaraq nəsə əldə edə bilmərik. Qorxularımızın sizli-bizli üzərinə gedək və həll edək ki, gələcək nəsildə də qorxu yaratmayaq.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri