Bijuterliyalarən əhvala təsiri

Şərhlər: 3
Baxılıb: 2 098
Səs ver:
(səs: 2)
Psixoloqlar ciddi olaraq iddia edirlər ki, bijuteriya yalnız əhval-ruhiyyəyə deyil, həm də fiziki vəziyyətə təsir edə bilər. Yeni üzük, sırğalar və ya qolbaq, şübhəsizdir ki, stress vəziyyətini çıxarmağa kömək edərək çox əhəmiyyətli bir elementə çevrilirlər. Hətta bəzəklərin seçim prosesi insanın başını o qədər qata bilər ki, o bütün problemləri unuda bilər. Belə hədiyyənin alınmasının əsəb sisteminə təsiri əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yüksəldə və bunun sayəsində, hətta immuniteti gücləndirə bilər.

Skeptiklər əlbəttə ki, bijuteriyanın lazımsız bəzək olduğunu iddia edə bilərlər. Lakin gözəlliyə qiymət verənlər qeyd edirlər ki, bijuteriya – bu təmiz rənglər, müxtəlifliyə aparan orijinal formalardır ki, insan onu əldə etmək arzusuna gəldikdə o, şübhəsiz insanı eyforiya vəziyyətinə sala bilər.

Müasir bijuteriya azad formaları ilə fərqlənir. Onların yaradılmasında yaradıcı yanaşma əhəmiyyətli dərəcədə daha parlaq ifadə edilmişdir, nəinki ənənəvi klassik zərgərlik bəzəklərinin yaradılması vaxtı. Gözlənilməz materiallardan istifadə, dəbin şıltaqlarına sürətli münasibət – bütün bunlar o təəccüblü faktı izah edir ki, hər kəs özü üçün öz daxili dünyasına və xarici obrazına uyğun gələcək və hətta xüsusi əhval-ruhiyyə yaradacaq bijuteriya seçə bilər.

Şəxsiyyətin emosional vəziyyətinə təsir göstərən vasitə kimi avanqard bijuteriya böyük marağa səbəb olur. Avanqard üslubda predmetlər yaradaraq, rəssam özünü material seçimində məhdudlaşdırmır, o müxtəlif lentlərdən, dəridən, taxtadan, plasmasdan və bir çox digər materiallardan istifadə edə bilər. Xoşuna gələn qeyri-adi bəzək əşyasını əldə edərək insan öz əhvalını təəccüblü şəkildə həmin əşya ilə bağlayır ki, o ona hər zaman həyatında çox əhəmiyyətli nəyisə xatırladacaq.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri