Xoşbəxt olmağın sirləri

Şərhlər: 7
Baxılıb: 4 559
Səs ver:
(səs: 3)
Xoşbəxt olmağın sirləri.

Hər bir insan xoşbəxt olmaq istəyir. Lakin insanlar xoşbəxtlik məfhumuna fərqli yanaşır. Kimi xoşbəxtliyi var-dövlətdə, kimi ailədə, kimi sevgidə, kimi təhsildə və uğurlu karyerada görür.
 
Bəs xoşbəxtlik nədir?

Xoşbəxtlik nisbi anlayışdır. Xəstə üçün sağlamlıq, kasıb üçün varlanmaq, abituriyent üçün universitetə daxil olmaq, işsiz üçün iş tapmaq,evsiz üçün ev almaq, uşaq üçün dondurma yemək ,incəsənət adamı üçün bütün dünyada tanınmaq, aşiq üçün öz sevdiyinə qovuşmaqdır xoşbəxtlik. Əlbəttə bu siyahını uzatmaq olar. Gəlin düşünək... Bəs sizin üçün xoşbəxtlik nədir?
 
Siz xoşbəxtliyin sirrini nədə görürsünüz?
Müsbət düşünün. Hər bir hadisənin müsbət tərəflərinə köklənin. Öz bacarıq və potensialınıza inanın. Sizə mənfi təsir edən faktorlardan mümkün olduğu qədər uzaq durmağa çalışın.
 
Sevdiyiniz işlərlə məşğul olun. Özünüzə xobbilər seçin, maraqlarınızı inkişaf etdirin, həyatınızdakı standartlardan uzaqlaşın və fərqliliklər yaradın. 

Yeni insanlar və yeni yerlər kəşf edin. Sosial çevrənizi genişləndirin. İnsanlarla ünsiyyət qurmaqdan çəkinməyin.Özünüzü inkişaf etdirin. Çoxlu kitab oxuyun, film izləyin, xarici dil öyrənməyə çalışın, dünya görüşünüzü artırın.
 
Ailəniz, dostlarınız və sevdiyiniz insanlarla səmərəli vaxt keçirməyə çalışın. Onları sevdiyinizi və sizin üçün dəyərli olduğunu hiss etdirin. Sevdiklərinizi kiçik hədiyyələrlə təəccübləndirin və onların sevincindən özünüzə də pay götürün. 

Unutmayın ki, sizin sahib olduğunuz və dəyərini bilmədiyiniz bəzi şeylər başqalarının xəyalı, çatmaq istədiyi arzularıdır. Əlinizdə olanlarla xoşbəxt olmağı bacarınki həyat sizə daha yaxşılarını bəxş etsin. Çətinliklə üzləşdikdə ümidinizi itirməyin. Unutmayınki xoşbəxtliyə gedən yol çətinlikdən keçir.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri