Biz hər zaman xatırlamalıyıq ki, həyata yalnız pozitiv baxış...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 539
Səs ver:
(səs: 1)
68 yaşlı Hillary Clinton tarixə "first lady” kimi artıq düşsə də, ola bilsin ki, Amerikanın ilk qadın prezidenti kimi də düşəcək. O, hər zaman mükəmməl natiqlik qabiliyyətiylə digər siyasətçilərdən fərqlənmişdir. Bu məqalədə ABŞ-ın 45-ci prezidentliyinə namizəd xanım Clintonun bəzi ən yaddaqalan və parlaq sitatları toplanmışdır.
1. Mən inanıram ki, nikbin və müsbət yanaşdığımız hər bir məsələnin həlli mümkündür.

2. Əgər qadınlar dövlətin iqtisadi, siyasi, ictimai həyatında iştirak etmirlərsə, bu zaman heç bir dövlət öz potensialını tam olaraq ortaya qoya bilməz. Bu fikirdə bir saniyə də olsun tərəddüd etməmişəm.

3. Biz hər zaman xatırlamalıyıq ki, həyata yalnız pozitiv baxış sağlamlığımız üçün zamin ola bilər.

4. Qadınların övlad və nəvələrinin talelərinin həll edildiyi zallarda kişilərlə birlikdə mübarizə aparmaları olduqlarıvaxt artıq çoxdan gəlib çatıb.

5. Hər bir tənqidi ciddi qəbul etməliyik, ancaq ürəyimizə yaxın buraxmamalıyıq.

6. Gözəl sözlərdən gözəl işlərə, səsli ifadələrdən səsli qərarlara keçmək vaxtı çoxdan çatıb.

7. Mənim milyonlarla ideyam var. Ancaq ölkəm hamısını həyata keçirməyə icazə verməyəcək.

8. Heç vaxt karyera ilə şəxsi həyatı qarışdırmaq olmaz.

9. Heç vaxt mətbuatın və digər siyasətçilərin təsiri ilə qərar vermək olmaz. Təklikdə qalmaq və doğru olanın nə olduğuna qərar vermək lazımdır.

10. Hər zaman məqsədin yüksək olmalıdır. Çox çalışmalı və gördüyün işə  inanmalısan. Maneələrlə rastlaşdığında isə inamını qoruyub saxlamalısan. Yıxıldığın an dərhal qalxmalısan və davam etməyin mənasız olduğunu deyənlərə qulaq asmamalısan.

11. İnsan hüquqları- bu qadın hüquqlarıdır. Qadın hüquqları isə – insan  hüquqlarıdır.

12. Həm demokratiyada , həm də insanın öz həyatında baş verə biləcək ən pis hadisə gələcəyə olan ümidi itirməkdir.

13. Arxaya baxdığımız hər bir an bizim gələcəyə olan addımımızı yarıda qoyur. Bu həyatda yalnız və yalnız irəliyə doğru addımlamalı və ya yerindən heç tərpənməməlisən.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri