Özünüzü bədbəxt hiss edirsiniz? – Deməli...

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 248
Səs ver:
(səs: 2)
Uzun müddət davam edən depressiyanın səbəbi qalxanabənzər vəzinin pis işləməsi ola bilər.
 türkiyəli həkim-endokrinoloq Gökhan Özişıq qalxanabənzər vəzinin müalicəsi haqqında məlumatlar verib.
 
Nəfəs borusunun və qırtlağın önündə olan kəpənək şəklindəki qalxanabənzər vəzi bədəndəki bütün hüceyrələr üzərində güclü təsirə malikdir. T3 və T4 hormon istehsal edən qalxanabənzər vəzi bunları toplayır və lazım olduğu zaman bu hormonları qan dövranına göndərir.
 
Bir növ "dirijor” kimi mühüm funksiyaları yerinə yetirən qalxanabənzər vəzinin xam maddəsi yoddur. Qalxanabənzər vəzi duz, içməli su və qidalar yolu ilə qəbul edilən yodla işləyir.
 
Hansı problemlərə yol açır?
 
Gökhan Özişığın sözlərinə görə, qalxanabənzər vəzinin lazım olandan az hormon ifraz etməsi xəstələrdə fiziki funksiyaların ləngiməsinə səbəb olur. İnsan özünü daim yorğun, stressli və depressiyada hiss edir. Əgər əlamətlərin bir neçəsi mövcuddursa, bu orqanın funksiyası mütləq yoxlanmalıdır.
 
Qalxanabənzər vəzinin pis işləməsinin əlamətləri nələrdir?
 
Köklük probleminə yol açır, arıqlamağa mane olur;
Halsızlıq;
Əllərdə, üzdə şiş, ayaqlarda, baldırlarda ağrılar;
Dəridə quruluq və qaşıntı;
Soyuğa dözümsüzlük;
Saç tellərinin solğunlaşması, saç tökülməsi, kirpiklərdə və qaşlarda seyrəlmə;
Qəbizlik;
Səsdə kobudlaşma;
Zob;
Unutqanlıq və diqqət pozğunluğu;
Menstruasiyanın pozulması, sonsuzluq;
 
Qalxanabənzər vəzinin çox işləməsinin əlamətləri nələrdir?
 
Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı da bir çox problemlər yaradır. Türkiyəli mütəxəssis  bildirib ki, qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq, kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, ürək döyüntüsünün artması, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir.
 
Xəstənin ümumi müayinəsi aparıldıqdan sonra mütləq qalxanabənzər vəzinin böyüyüb-böyümədiyinə nəzarət edilməlidir. Qan analizi də aparılmalıdır. Qalxanabənzər vəzinin səbəbləri müvəqqəti olmaqdan əlavə, daimi narahatçılığa da ola bilər.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri