Tənbəlliyin öhdəsindən gəlməyin yolları

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 722
Səs ver:
(səs: 0)
Görüləcək işlərin siyahısını tutub və hər ayın əvvəlində artıq daha məhsuldar olmağa dair özünüzə söz verdiyiniz halda, hələ də tənbəlliyə davam edirsinizsə, daha yaxşısı tənbəllikdən can qurtarmağın yolları haqqında olan bu yazını oxuyun.

Həqiqətən tənbəlsiniz ya yorulmusunuz?
Psixolog Leon F. Seltzer tənbəl sözündən istifadə etməkdən əl çəkmək lazım olduğunu düşünür. Ən azından bu sözün bir şəxsin şəxsiyyətini təsvir edəcək formada istifadə edilməməsi lazım olduğunu deyir. Dr. Seltzer’ə görə insan şəxsi nizam-intizam və ya motivasiya problemi yaşaya bilər. Əgər biz bunu ümumilikdə tənbəllik olaraq şərh etsək, problemin həllini tapmağı daha da uzada bilərik.
Əgər tənbəllik sizin xarakterinizi tam əhatə etmirsə, digər alternativlər üstündə dayanmalısınız. Bir kağıza həftəlik nə etməli olduqlarınızı yaza bilərsiniz. Bu məlumatlar sizdə olduqdan sonra, onları aşağıdakı kimi kateqoriyalaşdıra bilərsiniz:
Şəxsi intizam: Əgər proqramınızda çox iş varsa, sizin şəxsi intizamla bağlı problemləriniz ola bilər. Həll olaraq da həyatınızda olan lazımsız elementləri çıxara bilərsiniz.
Reallıqdan uzaq tələblər: Əgər proqramınız doludursa və siz bu işləri gördüyünüz halda, hələ də özünüzdən razı qalmırsınızsa, deməli özünüzü həddindən artıq çox yükləyirsiniz.
Motivasiya: Əgər proqramınız qismən doludur, siz isə vaxtınızın çoxunu yataraq və ya digər fəaliyyətlərlə keçirirsinizsə, motivasiya problemi yaşaya bilərsiniz. Motivasiya problemi nə edəcəyinizi bilməməklə və ya depressiya ucbatından meydana gələ bilər.
Göründüyü kimi tənbəlliyə qalib gəlməyin yolu sizin üçün nəyin əhəmiyyətli olmağından keçir. Özünüzə bir az vaxt ayırmağınız və zəifliklərinizi bilməyiniz bu məsələnin həllinin ən önəmli mərhələsini təşkil edir.
İşinizi dəyərli etməyin yollarını axtarın
Müasir dövrün ən vacib problemlərindən biri də demək olar ki, hər kəsin məşğul olduğu işə nifrət etməsidir. Əslində isə hər nə qədər ruhunuza uyğun, mükəmməl işi tapa bilməsəniz də, gördüyünüz işdən zövq almaq da mümküdür. Bunun üçün sadəcə gördüyünüz işə dəyər verməyiniz lazımdır. Ən azından bunu öyrənməniz çox vacibdir.
İşinizə qarşı pis münasibət bəsləməyinizin sizə heç bir yararı olmayacaq. Bunun əvəzinə aşağıdakı sinifləşdirmə ilə işləyə bilərsiniz:
İşləyərkən əyləndiyiniz anların ləzzətini çıxarın: Hər işdə işləyən insanın əyləndiyi, yaxşı vaxt keçirdiyi zamanlar olur. Məhz bu zamanlara diqqət etmək  və başqalarına da bu haqda bəhs etmək çox yararlı ola bilər.
Zehninizdəki iş qavrayışını müəyyənləşdirin: İşləməyin dəyərli bir şey olduğu düşüncəsini zehninizə yerləşdirin. Bunu etdiyinizdə çox böyük fərq hiss edə biləcəksiniz.
Xobbilərinizi dəyişdirin
Əgər evə gəldiyinizdə etdiyiniz ilk iş divana uzanıb, televizoru açmaq və digər tərəfdən də Facebook’a girmək olursa, bu lazımsız axşam vərdişlərinizin olduğu mənasına gəlir. Hər zaman eyni formada həyatınıza davam edirsinizsə, bu da sizin depressiyaya düşməyinizə səbəb ola bilər və məhsuldarlığınızı çox aşağı salar. Bunların əvəzinə daha sosial xobbilər qazana və həyatınızı yaxşı istiqamətdə dəyişə bilərsiniz.
Yaradacağınız yeni xobbilərin sizin məhsuldarlığınıza fayda verəcək şeylər olmasına diqqət edin. Məsələn, tənbəlliyinizi üzərinizdən atacaq fəaliyyətlərlə və yaxud da idmanla məşğul ola bilərsiniz.
Dözümlü olun və nəticələri tezliklə görəcəksiniz. 
Əgər ciddi davranış dəyişikliyi etmək istəyirsinizsə, dözümlü olmalısınız. Görüləcək işləri, hədəflərinizi müəyyənləşdirin və onları bir yerə qeyd edin. Bunları etdikcə də, üzərlərindən xətt çəkin. İnkişafınızı daima nəzarət altında saxlayın. Bunun sayəsində uğur əldə edəcəksiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri