Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 715
Səs ver:
(səs: 3)

Son zamanlar ən çox müzakirə olunan Qadınlar Niyə Evli Kişilərə Meyllidir mövzusu ətrafında maraq səngimək bilmir. Biz də qadın saytı olaraq bu mövzu ilə bağlı öz sahəsi üzrə kifayət qədər bacarıqlı olan psixoloq Səbinə Bayramovadan qısa bir məqalə istədik. Məqaləni olduğu kimi sizə təqdim edirik. Bu haqda fikirlərinizi oxuduqdan sonra mütləq yazın, psixoloqumuz da bu müzakirələrə qoşulub sizlərlə fikir ayrılığı edəcəkdir:


İnsan psixologiyası çox mürəkkəbdir. Cinsi mənsubluğuna görə isə Qadın və Kişi psixologiyası bir – birindən tamamilə fərqlənir. Cəmiyyətimizdə qapalı saxlanılan bir sıra mövzular vardır ki, onların açılıb – ağardılması, müzakirə obyektinə çevrilməsi, təhlil edilməsi cəmiyətimiz tərəfindən çox zaman mentalitetimizə zidd olaraq qəbul edilir. Çox müzakirə olunan mövzulardan biri də Qadın – Kişi münasibətləri üzərində qurulan müzakirələrdir. Qadın – Evli Kişi başlığı altında olan mövzuya isə psixoloji tərəfdən toxunsaq, bir neçə nüansa diqqət yetirmək və təkamül prosesinə nəzər salmaq lazımdır. Məsələn, eramızdan əvvəl qədim dövrlərdə kişilər arasında "ovçuluğu” bacaran, "ovlayıb gətirən” kişi, güclü kişi hesab olunurdu və həmin kişilərin ailəsini ac saxlamayacağına inanılırdı. Atası və ya yoldaşı ovlmağı bacarmayanlar isə ac qalırdı. Bu təkamül prosesi şüuraltı olaraq, bu günkü günümüzə də öz təsirini göstərir, yəni müasir dövrümüzə görə mənəvi dəyərlərdən əlavə olaraq, qadınlara görə, dünyaya gələcək övladı üçün ideal ata, övladının maddi ehtiyaclarını ödəyə bilən, işləyən qazanıb gətirən kişidir. Həyat yoldaşı ilə ayrılan qadının övladına seçəcəyi ata tipi də məhz maddi və mənəvi qayğıların üstəsindən gələ bilən atadır ki, bu bacarığı, bu gücü də yalnız evli kişilərdə tapa bilirlər. Çünki qadınlara görə, o kişi həyatda nələrsə edib bu statusu qazanıb və evlənib. Bu zaman qadınlar seçdiyi o evli kişinin "məşuqəsi” olacağını düşünmədən addım atır və ona elə gəlir ki, o (qadın) da onun olacaq.

Digər bir nüans olaraq, qadınların daha erkən yaşına nəzər salmaq lazımdır. Məsələn, 13 yaşlı bir qız uşağının atasından ayrılması və ya atası tərəfindən aldığı travma ilə böyüməsi onu daim ata qayğısına ehtiyac içində qoyur və o, gələcəkdə həmin qayğını həyatına yoldaş seçəcəyi şəxsdə axtarmağa başlayır. Təbii ki, evli kişilərdə bu qayğını göstərə bilmə qabiliyyəti subay kişilərə nisbətən yüksək olur və bu da travmalı qızın həmin evli şəxsə düşünmədən sevgisini artırır.

Bəzən də ailələrdə məktəbli qıza təhsilində irəli getməsi barədə deyil də, "toyunu görək” və s. kimi ifadələr işlədirlər. Bu da inkişafda olan məktəbli qızın psixologiyasına, düşüncəsinə mənfi təsirini göstərə bilir.

Daha sonra başqa bir nüansa diqqət yetirək, məsələn, gənc bir qız həyatında ilk sevib – sevildiyi şəxsdən gözləmədiyi dəhşətli bir xəyanətin qurbanı olur və bunu həzm edə bilmədiyi üçün travmalı vəziyyətdə "mən xəyanətin qurbanı oldum, qoy başqası da qurban olsun” fikri ilə öz yaşadıqlarını başqa qadınlara proeksiya edir yəni onların üzərinə köçürür, başqa qadınların da onun yaşadığını yaşamasını istəyir. Və təbii ki, bu artıq psixoloji travma almış qadında özündən asılı olmadan yaranan köçürmə istəyidir. Bu isə həmin qadını gələcəkdə daha böyük problemlərlə üzbəüz qoya bilər.

Nadir hallarda rast gəlinir ki, bu cür xəyanətin qurbanı olan gənc xanımlar özlərində subay kişilərə qarşı, sevgiyə qarşı qadağa qoyurlar.

Əlbəttə ki, hər kəsdə eyni deyil, bunlar ümumi yanaşmalardır, qadın psixologiyasına kompleks yanaşmaq və hər bir qadına isə fərdi yanaşmaq lazımdır.

Bu kimi problemlərin yaranmasına zəmin yaratmamaq üçün valideynlərin, xüsusilə də qız ata-analarının üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda təhsil müəssisələrində də bu mövzularda maarifləndirmə saatları ayrılmalıdır. Lakin artıq bu problemin içində olan qadınların mütləq psixoloq dəstəyinə ehtiyacı vardır. Çünki bizim kimi konservativ qapalı cəmiyyətdə bu kimi problemlərin içində olan qadın daim qınaq obyektinə çevrilir və aldığı travmadan əlavə üstəgəl bu da onun psixologiyasına mənfi təsir edir və yeni travmalara yol açır. Bu səbəbdən dolayı sonradan yaranmış fəsadları aradan qaldırmaq üçün psixoloq köməyinə müraciət etməsi məsləhətlidir.


Xüsusi olaraq Qadınlar.Biz saytı üçün,

Hörmətlə, 

Psixoloq Sabina Bayramova

 

DİQQƏT: Psixoloqumuz ilə şəxsi mesajlaşmaq istəyən xanımlarımız əvvəlcə daha rahat olan facebook profili vasitəsi ilə yaxud da  saytımızda şəxsi ismarıc yazaraq danışa bilərlər. 



 

Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 6 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri