Davamlı nəsihətlə problemi həll edə bilməzsiniz

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 609
Səs ver:
(səs: 5)
Gənc oğulunuz və qızınızdakı dəyişmədən narahat olur və hər fürsətdə nəsihət verərək bunu dəyişdirəcəyinizi düşünürsünüzsə yanılırsınız. Bunun yerinə öz gəncliyinizi xatırlayın. Onlara güvən duyğusu verin, bəzi azadlıqlar tanıyın. Yetkinlik çağına gələn gənc övladınızın sizi yalnız cibxərcliyi qaynağı, evi də bir otel kimi görməyə başladığını düşünüb əsəbiləşir və getdikcə sizdən uzaqlaşdığı üçün kədərlənirsiniz. Gənc uşaqlarıyla ünsiyyət və uyğunlaşma problemi yaşayan bütün ailələr kimi, tapdığınız hər fürsətdə nəsihət verməkdən və çətinliklərini paylaşması üçün məcbur edib yalvarmaqdansa edə biləcəyiniz başqa bir şey var: İllər əvvəlinə dönüb eyni yaşlarda nələr düşündüyünüzü və ailənizlə yaşadıqlarınızı xatırlamaq. Sanki özləri heç gənc olmamış kimi hərəkət edən, gənclərin etdiklərinə təəccüb edən ata-analara öz gənclik dövrlərini təkrar düşünməyi təklif edirik. Uşaqlıq dövründə insanlar ana atalarını təqlid edirlər. Xüsusilə qızlar analarını, oğlanlar atalarını. Yetkinlik çağında isə uşaq fərdiləşmə müddətinə girir. Ana atasından ayrı bir adam olduğunu görür və özünün nə olduğunu deyil də daha çox nə olmadığını təyin etməyə başlayır. Onlardan fərqli olduğunu düşünür və fərqli bir şeylər etmə səyinə girir. Məhz bu mərhələdə ailələr təlaşlanmağa başlayır və əvvəlki kimi özlərinə açılmadığı, uzaqlaşdığı düşüncəsiylə şikayət etməyə başlayırlar. Halbuki gənclər bu dövrdə ata-ana xaricində modellər axtarmağa yönəlir. Müğənnilər, artistlər, fərqli fikir axınlarının nümayəndələri gənclərin ilk qarşısına çıxan modellər olur. Ailələrin övladları dəyişdikcə nəsihət verməyə başlayan analarin , bu dövrdə gənc övlada ediləcək ən böyük yaxşılığı özünə sağlam rol modelləri tapa bilməsidir. Gənclərin özünə aid zövqləri, fikirləri olan ayrı bir fərd olduğunun qəbul edilməsi və buna hörmət edilməsi çox əhəmiyyətlidir. Valideynlərin, gənc övladlarını fərqli bir adam olaraq qəbul edib hörmət etmələri və bunu səmimi bir şəkildə hərəkətlərinə də əks etdirərək hiss etdirmələri lazımdır. Fikirlərinə, zövqlərinə, əşyalarına, geyim tərzinə, otağı üçün etdiyi seçimlərə, istifadə etdiyi bəzək əşyalarına davamlı müdaxilə edib, tənqid edən, bəyənmədiklərini davamlı dilə gətirən ailələr, uşaqlarından daha böyük reaksiya görürlər. Çünki, gənclər bunu seçiminə qarışmaq olaraq deyil, insan olaraq dəyər verilməmək şəklində qəbul edirlər və daha mühüm məsələlərdə tərslik etməyə başlayırlar. İzah etmədiyi şeyləri öyrənmək üçün onu yarımmüdafiəçisi kimi izləmək, özündən gizli yoldaşlarını axtarıb birlikdə getdikləri yerləri soruşmaq, otağını qarışdırıb gizli dəftərlərini oxumaq da doğru deyil. Siz bunu hər nə qədər onu təhlükələrdən və pis yoldaşlardan qorumaq düşüncəsiylə etsəniz də, uşağınız bunum mahiyyətinə varmadığı zaman özünə güvən duyulmadığını düşünərək ailədən daha çox uzaqlaşacaq. Gənclərə səhv etmə variantı da buraxmalısınız ki, səhv etməyib müvəffəqiyyətli olduğunda bunu da özü etmiş olsun. Özünə aid səhvləri və müvəffəqiyyətləri olmasına imkan vermək lazımdır. Hər şeyini nəzarət edib doğru etməsini təmin edən valideynlər, uşaqlarının səhv etmə azadlığını da əlindən almış olurlar. Qoruma və sərbəst buraxma tarazlığını qura bilməyən, həddindən artıq qoruyucu valideynlər uşaqların şəxsiyyət inkişafına da mənfi istiqamətdə təsir edirlər. Ata-analar onun etdiyi gözəl şeyləri fərq edib bunu fərq etdiyini hiss etdirməlidir. Təşviq və təqdir ilə özünə güvənildiyini bilmək gənclər üçün çox əhəmiyyətli bir romantik mühit təmin edir. Ailələr daha çox səhvləri araşdırmaqdansa, yaxşı şeyləri görüb təqdir etməli, ona güvəndiklərini də göstərməlilər. Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. Gənclərdə dəyişmə necə başlaryır? Gənclər uşaqlıq dövründə ana atasını təqlid edirlər. Yetkinlikdə fərdiləşən gənc nə olmadığını sorğulamağa başlayır. Gənc, ata-ana xaricində modellər axtarmağa başlayır. Bu yaşdakı gənclərin artıq öz fikirləri, zövqləri, geyim tərzləri, rəftarları vardır. Ana ata nə edər? Ümumiyyətlə, "Bizim zamanımızda belə şeylərmi vardı?" şəklində reaksiyalar verərlər. Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər. Davamlı nəsihət verə bir hal içinə girirlər. Valideynlərin rəftarı necə təsir edir? Ana atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihət onların reaksiyasını çəkir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünülər. Ana atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Ana ata nə etməlidir? Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də acımasız formada tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. Yetkinlik çağında onun ən yaxşı yoldaşı siz olun Yetkinlik dövrü, uşaqlar üçün və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, ‘mənim etdiyim doğru' dediyi, davaçı olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız. Onun üçün əlinizdən gələni etdiyinizi düşünürsünüz. Amma buna baxmayaraq uşağınız sizin etməsini istədiyiniz hər şeyə etiraz edir. İçinə qapalı və davamlı problem yaradan, davaçı olan uşağınızın bu davranışlarının səbəbini heç cür anlamırsınız. Bu vəziyyət yetkinlik çağına gəlmiş bütün uşaqlarda görülən ümumi bir davranış pozuqluğu olaraq qiymətləndirilir, belə vəziyyətdə uşaqlara yoldaş kimi yaxınlaşmaq lazımdır. Uşağınızla yoldaş olun Xüsusilə yetkinlik yaşına gəlmiş uşaqlarına valideynlərin yoldaş kimi yaxınlaşmaları lazımdır. Onların problemlərini paylaşmaları və uşaqlarına ana-ata statusu ilə deyil, sirlərini və problemlərini paylaşa biləcəkləri dostları olmalısınız. Uşağınıza yoldaş kimi yaxınlaşmağa çalışırsınız; amma sizə hələ bir şey izah etmir. Yoldaş kimi davranmanın "Bu gün məktəbdə nə etdin?" deyə soruşma olmadığını, qarşılıqlı görüş və fikirlər mübadiləsidir. Uşaqlarına yaxınlaşmaq istəyən valideynlərin əvvəlcə özlərinin açılması lazımdır. Məsələn gün içərisində nələr etdiyinizi izah edərək aranızdakı yoldaşlığa başlaya bilərsiniz. Gecikməmisiniz. Uşağınızla yoldaş olmaq üçün gecikmədiniz. Ona yaxınlaşıb "Mənə beş dəqiqəni ayıra bilərsənmi?" deyərək yoldaşlığa başlaya bilərsiniz. Ana danışmağa başlarsa, uşaq da özünü izah etmə ehtiyacı duyacaqdır. Beləliklə uşaqlarınız çətinliklərini sizlərlə paylaşmağa başlayacaq. Ailədə ümumiyyətlə ata iş həyatına ilişmiş, ana hər şeyi çiyinləməkdən yorulmuş və dözümü qalmamışdır. Uşaq ona yaxınlaşdıqca ondan uzaqlaşmasına və uşağın öz içinə qapanmasına səbəb olur. Onsuz da ailə ümumilikdə bir araya gələ bilmir. Bu vəziyyət də bir-birindən qopuq əlaqələri meydana gətirir.Yetkinlikdə ailə arasında yaşanacaq bu qopuqluq uşağın problemlərinin daha da böyüməsi mənasını verir. "Yetkinlik fırtına dövrüdür" Uşağınız bir şey izah edəndə onu dinləyin. Hətta sizə məktəbdə köçürdüyünü söylədiyində həddindən artıq reaksiya verməməyə çalışın. Daha soyuqqanlı olun. Daha sonra bu hərəkətinin səhv olduğunu izah edə bilərsiniz. Ancaq izah etdiklərini ağızına tıxayarcasına ‘nə qədər ayıb' deyib kəssəniz uşağınızın sizdən uzaqlaşmasına səbəb ola bilərsiniz. Yetkinlik dövründəki uşaqlara normalda etdirdiyinizi etdirə bilməzsiniz Ən yaxın yoldaşınıza davrandığınız kimi davranın. Yetkinlik dövründə uşağınızda həm fiziki, həm ruhi, zehni həm də ictimai dəyişmələr və inkişaflar müşahidə edə bilərsiniz. Səbəbini anlaya bilmədiyiniz içə qapanmalar uşağınızın yaşadığı bu dəyişmələrin bir nəticəsidir. Valideynlər bu dövrün keçici olduğunu bilməli və uşağa tamamilə yoldaş tərəfindən yaxınlaşmalıdır.Valideynlər, uşaqlarına ən yaxın yoldaşlarına davrandıqları kimi davranmalıdırlar. Yetkinlik dövründə özünü, bədənini, şəxsiyyətini tanımağa çalışan gənclər, özlərinə başqalarının gözüylə baxmağa çalışırlar. Bu dövrdə sıx olaraq yaşanan duyğusal əlaqələr isə daha çox ictimailəşmə səyiylə əlaqədardır. "Mən uşaq deyiləm, otağıma icazəsiz girməyin, evə istədiyim saatda gələrəm, yoldaşlarımı özüm seçərəm, paltarlarımın rəngi və modeli mənim zövqümə görə olmalı, alınımdakı sızanaqdan nifrət edirəm, bu məktəbə getmək istəmirəm, heç kim məni anlamır, dünyadakı bütün döyüşlərin dayandırılması və uşaqların yetim qalmaması üçün çalışmalıyıq, bir gün çox zəngin olub bütün yoxsullara kömək etmək istəyirəm.." Hər kəsə çox tanış gələn bu ifadələri həyatlarının müəyyən bir dövründə bütün insanlar istifadə edir. Uşaqlıqdan çıxıb yetkin bir insan olmağa doğru ilk addımların atıldığı bu dövrdə, zehni, fiziki və ictimai sahədə böyük inkişaflar yaşanır. Bədən xəttləri diqqətə müəyyənləşir, boy uzanır və hər kəs öz cinsiyyətinin şəxsiyyətini qazanır. Beyin bir yetkin səviyyəsinə çatır və konkret düşünmə dövründən daha mücərrəd anlayışların qəbul edilə bildiyi bir dövrə keçilir. Sərhədlərin xaricinə çıxmaq istəyirlər Yetkinlik dövrünə damğasını vuran ən əhəmiyyətli hadisələrdən biri ailələrlə yaşanan qarşıdurmanın yanında qarşı cinslə olan yoldaşlıqların duyğusal dünyalarda meydana gətirdiyi fırtınalardır. Bu dövrdə fiziki inkişafla birlikdə cinsi duyğular da oyanır. Uşaqların yoldaşları ümumiyyətlə qohum, qonşu və sinif ətrafından olur; ancaq yetkinlik dövründə gənclərə bu kifayət etməz və sərhədlərinin xaricinə çıxmaq istərlər. Fərqli mühitlərə girib fərqli yoldaşlar əldə edərək özünü qəbul etdirməyə, bəyəndirməyə çalışırlar. Məhz bu zaman qız-oğlan yoldaşlıqları gündəmə gəlir. Ancaq, bu dövrdəki platonik eşqlər cinsi mənadan məhrumdur. Gənc, qarşı cinsin özünə necə baxdığını, necə qiymətləndirdiyini, qarşı cinsin gözündə necə göründüyünü araşdırar. Mən nəyəm, nə olacağam, başqaları məni necə görür, suallarına cavab axtarar. Yetkinlik dövründəki eşqlər əslində gəncin özüylə əlaqədar məlumat axtarışıdır." Təhqir və şiddət ailədən uzaqlaşdırar Bu nöqtədə ana atalarla gənclər arasında qarşıdurmalar çıxa bilir. Gənci hələ uşaq olaraq görən bir çox ailə, uşağının qarşı cinslə olan yoldaşlığını və marağını duyğularıyla yaşamasından narahat olduqları üçün məhdudlaşdırmalara gedir və təzyiq tətbiq edir. Bu dövrdə yaşanacaq təhqir və şiddət gəncləri ailələrindən uzaqlaşdıracaqdır, ailələr öz mənəvi dəyərləri çərçivəsində qız və ya oğlan yoldaşlarına necə yaxınlaşması lazım olduğunu uşaqlarına izah etməlidirlər. Gənclərlə düzgün ünsiyyət qurmağa çalışmaq lazımdır. Gənclərin ailələriylə əlaqələri onsuz da sağlam deyilsə, gənc hec kimin özünü sevmədiyini və hörmət göstərmədiyini düşünürsə çöldəki insanlarda sevgi və maraq/əlaqə axtarışına girə bilir. Dünyada yalnız bir adamın özünü anladığına və dəyər verdiyinə inanan gənc, bu yoldaşlığı da maneə törədilməyə çalışıldığında evdən qaçma, intihar etmə kimi fərqli hərəkətlərə yönələ bilər və ya böhrana, depressiyaya girə bilər.Təzyiq, uşaqlarda gizli partlamalara səbəb olur. Evdən uzaqlaşınca ətəyinin boyunu qısaltmaq, çöldə makiyaj edib evə gəlmədən təmizləmək, evdə izləyə bilmədiyi televiziyaya qarşı yoldaşlarının evlərində həddindən artıq maraq göstərmək, ailəsinin istəmədiyi yoldaşlarıyla gizlicə görüşmək kimi. Çox sərbəst ailələrdə də uşaq öz sərhədlərini təyin edə bilmir. Ailənin içində mütləq qaydalar olmalı; amma elastiklik də edilə bilməlidir bəzən. Qaydalar uşağın da fikri soruşularaq qoyulmalıdır. Sağlam ünsiyyətin təməlində özünü qarşıdakının yerinə qoyma və dinləmə var. Ailələr, uşaqlarının yoldaşlarını da yaxşı izləməlidirlər. Ətrafında yaxşıyoldaşı varsa, o uşağa çox da müdaxilə etməyə, araşdırmaya ehtiyac yoxdur. Məktəb müvəffəqiyyəti izlənilirsə, kimlərlə yoldaşlıq etdiyi bilinirsə, yoldaşlarıyla paylaşdığı hər şeyi ailəsiylə də paylaşmasını istəmək doğru deyil. Psixoloq Aynur
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 3 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri