Tənbəlliyin öhdəsindən gəlməyin yolları

Şərhlər: 11
Baxılıb: 884
Paylaş:
Səs ver:
(səs: 2)
Görüləcək işlərin siyahısını tutub və hər ayın əvvəlində artıq daha məhsuldar olmağa dair özünüzə söz verdiyiniz halda, hələ də tənbəlliyə davam edirsinizsə, daha yaxşısı tənbəllikdən can qurtarmağın yolları haqqında olan bu yazını oxuyun.

Həqiqətən tənbəlsiniz ya yorulmusunuz?
Psixolog Leon F. Seltzer tənbəl sözündən istifadə etməkdən əl çəkmək lazım olduğunu düşünür. Ən azından bu sözün bir şəxsin şəxsiyyətini təsvir edəcək formada istifadə edilməməsi lazım olduğunu deyir. Dr. Seltzer’ə görə insan şəxsi nizam-intizam və ya motivasiya problemi yaşaya bilər. Əgər biz bunu ümumilikdə tənbəllik olaraq şərh etsək, problemin həllini tapmağı daha da uzada bilərik.
Əgər tənbəllik sizin xarakterinizi tam əhatə etmirsə, digər alternativlər üstündə dayanmalısınız. Bir kağıza həftəlik nə etməli olduqlarınızı yaza bilərsiniz. Bu məlumatlar sizdə olduqdan sonra, onları aşağıdakı kimi kateqoriyalaşdıra bilərsiniz:
Şəxsi intizam: Əgər proqramınızda çox iş varsa, sizin şəxsi intizamla bağlı problemləriniz ola bilər. Həll olaraq da həyatınızda olan lazımsız elementləri çıxara bilərsiniz.
Reallıqdan uzaq tələblər: Əgər proqramınız doludursa və siz bu işləri gördüyünüz halda, hələ də özünüzdən razı qalmırsınızsa, deməli özünüzü həddindən artıq çox yükləyirsiniz.
Motivasiya: Əgər proqramınız qismən doludur, siz isə vaxtınızın çoxunu yataraq və ya digər fəaliyyətlərlə keçirirsinizsə, motivasiya problemi yaşaya bilərsiniz. Motivasiya problemi nə edəcəyinizi bilməməklə və ya depressiya ucbatından meydana gələ bilər.
Göründüyü kimi tənbəlliyə qalib gəlməyin yolu sizin üçün nəyin əhəmiyyətli olmağından keçir. Özünüzə bir az vaxt ayırmağınız və zəifliklərinizi bilməyiniz bu məsələnin həllinin ən önəmli mərhələsini təşkil edir.
İşinizi dəyərli etməyin yollarını axtarın


Müasir dövrün ən vacib problemlərindən biri də demək olar ki, hər kəsin məşğul olduğu işə nifrət etməsidir. Əslində isə hər nə qədər ruhunuza uyğun, mükəmməl işi tapa bilməsəniz də, gördüyünüz işdən zövq almaq da mümküdür. Bunun üçün sadəcə gördüyünüz işə dəyər verməyiniz lazımdır. Ən azından bunu öyrənməniz çox vacibdir.
İşinizə qarşı pis münasibət bəsləməyinizin sizə heç bir yararı olmayacaq. Bunun əvəzinə aşağıdakı sinifləşdirmə ilə işləyə bilərsiniz:
İşləyərkən əyləndiyiniz anların ləzzətini çıxarın: Hər işdə işləyən insanın əyləndiyi, yaxşı vaxt keçirdiyi zamanlar olur. Məhz bu zamanlara diqqət etmək  və başqalarına da bu haqda bəhs etmək çox yararlı ola bilər.
Zehninizdəki iş qavrayışını müəyyənləşdirin: İşləməyin dəyərli bir şey olduğu düşüncəsini zehninizə yerləşdirin. Bunu etdiyinizdə çox böyük fərq hiss edə biləcəksiniz.
Xobbilərinizi dəyişdirin
Əgər evə gəldiyinizdə etdiyiniz ilk iş divana uzanıb, televizoru açmaq və digər tərəfdən də Facebook’a girmək olursa, bu lazımsız axşam vərdişlərinizin olduğu mənasına gəlir. Hər zaman eyni formada həyatınıza davam edirsinizsə, bu da sizin depressiyaya düşməyinizə səbəb ola bilər və məhsuldarlığınızı çox aşağı salar. Bunların əvəzinə daha sosial xobbilər qazana və həyatınızı yaxşı istiqamətdə dəyişə bilərsiniz.
Yaradacağınız yeni xobbilərin sizin məhsuldarlığınıza fayda verəcək şeylər olmasına diqqət edin. Məsələn, tənbəlliyinizi üzərinizdən atacaq fəaliyyətlərlə və yaxud da idmanla məşğul ola bilərsiniz.
Dözümlü olun və nəticələri tezliklə görəcəksiniz. 

Əgər ciddi davranış dəyişikliyi etmək istəyirsinizsə, dözümlü olmalısınız. Görüləcək işləri, hədəflərinizi müəyyənləşdirin və onları bir yerə qeyd edin. Bunları etdikcə də, üzərlərindən xətt çəkin. İnkişafınızı daima nəzarət altında saxlayın. Bunun sayəsində uğur əldə edəcəksiniz.

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mugush
Her şeyi planñan görse dincelmeyede vaxt tapar işlemeyede
25 iyul 2016 20:07
11
Offline
Fialka
Gündəlik nə etməli olduğunu bilirsə insan və onu etmirsə bu tənbəlliklə yanaşı ağılsızlıq olardı) Arada bir tənbəllik baş qaldırsa da sevmədiyim bir haldır )..
24 iyul 2016 21:56
10
Offline
MODABAZ
Tenbellıyı sevmırem coooox ısguzar qızam
24 iyul 2016 10:44
9
Heyata daim gulmek lazimdii
Online
YalniZ-ArZu
Tenbellik demezdim,cunki tekem evde mennen bawqa kim iw gorur ki?Mende tenbel olum batariq onda:))Amma arada olur,seherden o qeder ezgin oluram ki,gozumnen yuxu tokulur.Hec ne elemek istemirem onda ve ne sirrdise kime deyirem o veziyyetde olur hemen gunu,bilmirem havadandi nedi.Yaxwi ki,bu hal tez tez tekrarlanmir.
Mence bir evin xaniminin tenbel olmaga ixtiyari yoxdu.
Sitat: guli
Bunlari da etmeye tenbellik edirəm. :)

:)))))
23 iyul 2016 18:38
8
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
rəmsə
Yemək bişir,qab yu,paltar yu.Sonra yenə səhərisi qab yu,paltar yu,yemək bişirkzgnDÖYÜŞ ALNIMIZA YAZILIB :)
23 iyul 2016 15:20
7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
evli.mutlu.cocuklu
Tənbəlliyin yoxdu şükür
23 iyul 2016 12:28
6
Offline
___Jasmin___
Sitat: Barbaris
Tenbel deyilem hec nabarod...

23 iyul 2016 11:07
5


Tek kişilik miydi bu şehir,
Sen gidince boş kaldı
Offline
vipbetul
tenbel insanam yenede mesulliyet varsa tenbellik etmerem
23 iyul 2016 09:39
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
Tenbel deyilem hec nabarod...
23 iyul 2016 09:08
3
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
BARBI
Tenbel insan deyilem. Bir insanda en sevmediyim xususiyyetdir tenbellik
23 iyul 2016 09:05
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gülüş.
Is gormek insani gumrah edir
23 iyul 2016 08:29
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri